Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə > SOS: Ölkədə kəskin respirator virus infeksiyaları yayılıb

SOS: Ölkədə kəskin respirator virus infeksiyaları yayılıb


2-11-2016, 20:27. Yazar: Xeberaz
SOS: Ölkədə kəskin respirator virus infeksiyaları yayılıb

"Hələlik aparılan laborator müayinələr nəticəsində ölkədə nə A, nə də B virusu aşkar edilib. Hazırda ancaq kəskin respirator virus infeksiyaları qeydə alınıb ki, xəstəliyin qeydiyyatı ötənilki səviyyədədir. Hər hansı bir artım müşahidə olunmur".

"Xəbəraz.az "bildirir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

O bildirib ki, bir müddət əvvəl səhiyyə naziri Oqtay Şirəliyev qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə əmr imzalayıb: "Həmin əmrdə profilaktik tədbirlərin gücləndirilməsi nəzərdə tutulub. Eyni zamanda, qripə bənzər virusa yoluxmuş xəstələrin laborator müayinələrinin keçirilməsinə dair tapşırıq verilib. Bu sahədə müəyyən işlər aparılır, nəzarət təmin edilir, respublikanın məktəblərində dezinfeksiya tədbirləri həyata keçirilir".


Geri dön