Ana Sayfa > Karusel / Gündəm > Xəbərdarlıq: Yağışlar 6 gün davam edəcək
Xəbərdarlıq: Yağışlar 6 gün davam edəcək19-10-2016, 14:50. Yazar: Xeberaz |
Sabah Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda bildirilir ki, oktyabrın 20-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti,Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəyi, şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-14°, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir. ETSN xəbərdarlıq edir ki, oktyabrın 21-dən 25-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var. Geri dön |