Ana Sayfa > Karusel / Siyasət / M2 > ABŞ təyyarədaşıyan gəmisini Koreyaya göndərir

ABŞ təyyarədaşıyan gəmisini Koreyaya göndərir


11-09-2016, 15:53. Yazar: Xeberaz
ABŞ təyyarədaşıyan gəmisini Koreyaya göndərir

ABŞ-ın “USS Ronald Reyqan” təyyarədaşıyan gəmisi oktyabrda Cənubi Koreyada baş tutacaq hərbi təlimlərə qatılacaq.

“Yonxap” agentliyi Cənubi Koreyadakı hərbi mənbələrinə istinadən məlumat yayıb.

“USS Ronald Reyqan” 10-15 oktyabrda Koreya körfəzi və Sarı dənizdə baş tutacaq Cənubi Koreya-ABŞ birgə hərbi təlimlərində iştirak edəcək”, - mənbə bildirib.

Təlimin əsas məqsədi Koreya yarımadasında müharibə başlayacağı təqdirdə Şimali Koreyanın hərbi obyektlərinin yüksək dəqiqliklə vurulmasını işləyib hazırlamaqdır.

Bundan başqa təlimlərə ABŞ-ın 5 esminesi də qatılacaq.

Mənbənin sözlərinə görə, təlimlər zamanı ABŞ Cənubi Koreyaya B-2 strateji bombardmançılarını da göndərməyi planlaşdırır.Axar.az
Geri dön