Ana Sayfa > Karusel / Dünya > Böyük qətliam qapıda: 300 min insan məhv olacaq – FOTOLAR

Böyük qətliam qapıda: 300 min insan məhv olacaq – FOTOLAR


29-07-2016, 14:28. Yazar: Xeberaz
Böyük qətliam qapıda: 300 min insan məhv olacaq – FOTOLAR

Üç yüz mindən çox vətəndaşın ölüm-dirim mübarizəsi verdiyi Suriyanın ən böyük şəhərlərindən olan Hələbdə bütün ərzaq anbarları tükənib.

"Xəbəraz.az " Publika.aza istinadən xəbər verir ki, iyirmi gündən çoxdur çörək, su və tibbi yardımlar daxil olmayan şəhərdəki yüz minlərlə insanı böyük bir fəlakət gözləyir.

Şəhər hazırda tamamilə mühasirə vəziyyətindədir. Hazırda şəhərdə Rusiya və Suriya hava qüvvələrinin bombardmanları davam edir.

Mühasirəni və gözlənilən prosesləri şərh edən Suriya Müxalif və İnqilabi Güclər Koalisiyasının başçısı Enes Abdi yüz minlərlə insanın dünyanın gözü qarşısında fəlakətə məhkum edildiyini deyib.

“Hələb həmişə inqilabın lokomotivi oldu. Türkiyədə hərbi çevrilişə cəhd edildiyi günlərdə bütün gücləri bu əhəmiyyətli mərkəzin ələ keçirilməsi üçün hücuma başladılar. Şeken Şebabi, Leyramon və Beni Zeyd bölgələrini ələ keçirən rejim Handaratda yerləşən güclərlə əlaqəni təmin edərək şəhəri tamamilə mühasirə altına alıb. İyirmi gündən çoxdur ki, Kastillo dəhlizi təhlükəli olduğu üçün şəhərə yardım edilmir. Şəhər mərkəzinin hələ də 55 faizlik hissəsi müxalifətdədir və burada 50 min ailə yaşayır. Anbarlarda ərzaq tükənib və həyati əhəmiyyət daşıyan istehlak məhsulları astronomik qiymətlərə satılmağa başlanıb”, - o, deyib.

Abdi Hələbin qətliamın ən qorxunc nəticələrinə səhnə olacağını vurğulayıb.

Böyük qətliam qapıda: 300 min insan məhv olacaq – FOTOLAR
Geri dön