Ana Sayfa > Karusel / Şou-Biznes > Bu fotonu 4 milyon insan bəyəndi - İnstaqramda yeni rekord

Bu fotonu 4 milyon insan bəyəndi - İnstaqramda yeni rekord


13-07-2016, 19:53. Yazar: Xeberaz
Bu fotonu 4 milyon insan bəyəndi - İnstaqramda yeni rekord

İnstaqramda təqibçilərinin sayına görə birinci yerdə olan müğənni Selena Qomez daha bir rekorda imza atıb.

"Xəbəraz.az "-ın xarici KİV-ə istinadən məlumatına görə, 23 yaşlı müğənninin kola şüşəsiylə çəkdirdiyi foto 4 milyon insan tərəfindən bəyənilib, bir milyondan çox isə şərh yazılıb.

Qeyd edək ki, İnstaqram tarixində indiyə qədərki ən çox bəyənilən foto da Selena ilə bağlı olub. Belə ki, onun Castin Biberlə öpüşərkən çəkilən fotosu 3,7 milyon insan tərəfindən bəyənilmişdi.

89,2 milyon təqibçisi olan Selena ən yaxın rəfiqəsi Teylor Svifti (85,1 milyon), Kim Kardaşyanı (76,7 milyon), keçmiş sevgilisi C.Biberi (85,1 milyon) geridə buraxır.

Bu fotonu 4 milyon insan bəyəndi - İnstaqramda yeni rekord

Bu fotonu 4 milyon insan bəyəndi - İnstaqramda yeni rekord
Geri dön