Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya / Müsahibə > "Öz gücümlə, cırmaq-cırmaq qalxdım..." - Aparıcı Vüsalə üçün özəl gün

"Öz gücümlə, cırmaq-cırmaq qalxdım..." - Aparıcı Vüsalə üçün özəl gün


12-07-2016, 12:17. Yazar: Xeberaz
"Öz gücümlə, cırmaq-cırmaq qalxdım..." - Aparıcı Vüsalə üçün özəl gün
"Öz gücümlə, cırmaq-cırmaq qalxdım..." - Aparıcı Vüsalə üçün özəl gün

Bu gün aparıcı Vüsalə Əlizadə üçün özəl gündür.
"Xəbəraz.az " xəbər verir ki, tanınmış aparıcı ad gününü qeyd edir.

O, sosial şəbəkədə təsssüratlarını bölüşüb:

"Arxaya baxmadan, ildırım sürətiylə uçub gedən daha bir il. Dünyaya gəlişin mübarək olsun, "qara qız". Hər insanın içində bir də özü var. Bu "qara qız" deyə müraciət etdiyim də mənim ikinci parçam, danışdığım, bölüşdüyüm, yeri gələndə danladığım, hərdən də əziyyətli, çətin həyatına baxıb ağladığım, "necə bacaracaqsan?" dediyim və hər dəfə də məni təəccübləndirən ikinci məndir. Allahım məni çox sınaqlara çəkdi. Amma şükürlər olsun ki, özümdən başqa da kimsəyə möhtac etmədi. Bu, həyatda ən böyük uğurumdur.

Qadına layiq bütün statusları keçmişəm. Dünyaya gəldiyim yerdə deyiləm, öz gücümlə cırmaq-cırmaq durmadan bu pilləyə qalxmışam. Bu, bəni-adəmə xas olan bir yüksəliş deyil. Səhvsiz, xətasız qul olmaz. Dünyaya gəldiyim toxunulmazlıqda da deyiləm. Yalan, ağrı-acı, xəyanət, əzab gördüm. Bəzən qəddarlaşdım, bəzən nifrət etdim, bəzən sevdim və bağışladım, fikirlərimi dəyişdim. Bircə dəyişməyən şey qalıb, dünyaya gəldiyim insanlıqdayam.

Ailəmin ərköyün, şıltaq, hərdən körpə uşaq kimi həssas, tez küsüb-tez barışan, hərdən də ağbirçək kimi məsləhət verib, ailəmin hər yükünün altına çiynimi verib, duran sütunuyam.

Gücümü tanrım verdi, demək ki, o belə məsləhət gördü. O məni seçilmişlərdən etdi. Şükürlər olsun bu günümə, sizə "qara qızı" ayaqda saxlayan gücün sirrini açdım. Heç kimə deməyin, öz aramızda qalsın".

Qeyd edək ki, aparıcısnın bir qız övladı var.
Geri dön