Ana Sayfa > Karusel / Gündəm / M2 > Bakı və Tiflisi narahat edən layihə aktivləşdirilir

Bakı və Tiflisi narahat edən layihə aktivləşdirilir


10-06-2016, 17:28. Yazar: Xeberaz
Bakı və Tiflisi narahat edən layihə aktivləşdirilir

Abxaziya Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun bərpasında maraqlıdır.

"Xəbəraz.az " xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində qondarma Abxaziya Respublikasının “baş naziri” Artur Mikvabiya söyləyib.

Onun sözlərinə görə, bu, bütün tərəflərə sərf edən layihədir:

“Buna yeganə müqavimət göstərən tərəf Gürcüstandır. Onlar bizi öz tərkiblərində görmək istəyirlər”.

Qeyd edək ki ki, Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun bərpası ideyasını Rusiya Prezidenti Vladimir Putin irəli sürüb. Tiflis bu ideyanı qəbul etmir və Abxaziyanın Gürcüstanın tərkibinə qayıtmasını istəyir. Bu layihə daha çox İrəvana və Moskvaya sərf edir. Dəmiryolu reallaşarsa, İrəvan düşdüyü blokadadan az da olsa çıxmağı bacaracaq, Moskva isə Qafqazdakı forpostuna quru yolu əldə edəcək.
Geri dön