Ana Sayfa > Karusel / Dünya / M2 > Ermənistana keçən azərbaycanlı geri qaytarıldı

Ermənistana keçən azərbaycanlı geri qaytarıldı


10-06-2016, 14:50. Yazar: Xeberaz
Ermənistana keçən azərbaycanlı geri qaytarıldı
Beynəlxalq sərhəddi 7 iyun 2016-cı il tarixdə keçən mülki Azərbaycan vətəndaşı bu gün, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı repatriasiya olunub.

Bu barədə Report-a BQXK-nın Bakı ofisindən bildirilib.

O, Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Azərbaycan rəsmilərinə təhvil verilib.

BQXK, neytral vasitəçi qismində çıxış edərək, Azərbaycan və Ermənistan hakimiyyət orqanlarına bu əməliyyatın həyata keçirilməsinə yardımçı olub. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri qadın Azərbaycana geri göndərilməmişdən əvvəl onunla rəftar və saxlandığı şəraiti qiymətləndirmək üçün ona baş çəkmişlər.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.
Geri dön