Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Qubada yüksək standartlara malik özəl klinika açıldı – FOTOLAR

Qubada yüksək standartlara malik özəl klinika açıldı – FOTOLAR

7-06-2016, 19:13. Yazar: Xeberaz

Qubada yüksək standartlara malik özəl klinika açıldı – FOTOLAR
"Xəbəraz.az "-ın məlumatına görə, Qubada “SAFMED” tibb klinikası açılıb.

“SAFMED” tibb mərkəzinin əsas fəaliyyət istiqamətini Check up müayinə, pediatriya, oftamologiya, ortopedik stomatologiya, ümumi cərrahiyyə, plastik cərrahiyyə, uşaq cərrahiyyəsi, rentgen, MRT, həmçinin fizioterapiya və reabilitasiya təşkil edir. Mərkəzdə qastroenterologiya, kardiologiya, nevropatologiya, otolarinqologiya, ortopediya, endikrinologiya, urologiya kabinetləri fəaliyyət göstərir.

Klinikada xəstəliklərin profilaktik müayinəsi və diaqnostikası üçün geniş spektrli paket təklif olunur. Klinikaya cəlb edilmiş peşəkar mütəxəssislərin fəaliyyətləri və son model tibbi avadanlıqlar sayəsində klinika tərəfindən qoyulan diaqnozların dəqiqliyinə zəmanət verilir. Klinikanın laboratoriyası da daxil olmaqla bütün şöbələri beynəlxalq sertifikatlar almış yeni nəsil avadanlıqlarla təchiz edilib.

Fizioterapiya və reabilitasiya bölməsinin zalları və kabinetləri rahatlıq və avadanlıqların təchizatı baxımından Avropanın aparıcı reabilitasiya mərkəzlərindən heç də geri qalmır.
Xatırladaq ki, “SAFMED” klinikası Quba şəhəri, Fətəlixan küçəsi, Qəçreş yolu ünvanında yerləşir. Telefonlar: (023) 335-29-81: (077) 335-29-81

Geri dön