Ana Sayfa > Karusel / Hadisə / M2 / Xəbəraz TV > ATV əməkdaşı restoranda döyülməsindən danışdı - Video

ATV əməkdaşı restoranda döyülməsindən danışdı - Video


7-06-2016, 12:06. Yazar: Xeberaz


ATV əməkdaşı restoranda döyülməsindən danışdı - Video
ATV-də yayımlanan “Yoxlama” verilişinin aparıcısı Azər İsmayılov Şamaxıda restoranlardan birində qarşılaşdıqları təzyiqdən bəhs edib.

Axşam.az-ın məlumatına görə, “ATV xəbər”ə danışan A.İsmayılov deyir ki, sahibkarın bu cür davranmasına səbəb restorandakı antisanitar vəziyyət olub:

“On dəqiqəyə yaxın çəkiliş etdik. Həmin ərəfədə sahibkarlardan biri gəlib, kənarda dayanıb bizi izlədi. Biz mətbəxin çirkli yerini çəkəndə isə təzyiqlər başladı. Kameramızı sıradan çıxartdılar, operatorumuzu vurdular. Digərləri gəldi, insident başladı.

Biz tamaşaçıyıq, kamera ilə mətbəxə girir, qidaların keyfiyyəti, təmizliyi ilə maraqlanırıq. Hər bir insan getdiyi restorandakı mətbəxdəki vəziyyətlə bağlı məlumat almalıdır”.

Geri dön