Ana Sayfa > Karusel / Gündəm / Fotogalereya > “Mən ölmürəm, həyat yoldaşımsa...”

“Mən ölmürəm, həyat yoldaşımsa...”


25-05-2016, 13:51. Yazar: Xeberaz

“Mən ölmürəm, həyat yoldaşımsa...”
İnsanların hissləri ilə oynamaqdan zövq alırlar.

Bu sözləri xalq artisti Arif Quliyev haqqında tez-tez çıxan ölüm xəbərləri haqda Axar.az-a danışarkən deyib.

Xalq artisti bu halların onu çox narahat etdiyini bildirib:

“Həyat yoldaşım 1 saylı xəstəxanada yatır. Serrozdan müalicə alır. Tez-tez ona baş çəkməyə xəstəxanaya gedirəm. Məni orada görənlər dərhal “Arif Quliyev xəstədir, xəstəxanada yatır, öləcək” deyə xəbərlər yazmağa başlayırlar. Belə olmaz axı, mənim nə qədər sevənlərim var. Hər dəfə öz mənfəətləri üçün mənim ölüm xəbərimi yayıb, sevənlərimin hissləri ilə oynayırlar”.
Geri dön