Ana Sayfa > Karusel / Dünya / M2 > Şimali Koreya Rusiya yaxtasını həbs etdi

Şimali Koreya Rusiya yaxtasını həbs etdi


14-05-2016, 17:21. Yazar: Xeberaz
Şimali Koreya Rusiya yaxtasını həbs etdi

Şimali Koreyanın Sahil Mühafizə Xidmətinin əməkdaşları içində idmançıların olduğu “Elfin” yaxtasını həbs edib.

"Xəbəraz.az "xəbər verir ki, faktı “Vladivostok” xilasetmə mərkəzinin əməkdaşları da Rusiyaya məxsus yaxtanın həbs edildiyini təsdiqləyib.

Rusiya Dənizçilik Federasiyasının vitse-prezidenti Yevgeni Xromçenko Feysbukda gəminin Şimali Koreyaya doğru aparıldığını bildirib.

Rusiyanın Uzaq Şərq Nəqliyyat Prokurorluğunun rəsmiləri isə yaxtanın beynəlxalq sularda hərəkət etdiyini və sərhəd pozuntularının qeydə alınmadığını açıqlayıb.

Rusiyanın Şimali Koreyadakı səfirliyinin mətbuat katibi Denis Samsonov mətbuata açıqlamasında rəsmi Pxenyanın yaxtanın saxlanılması ilə bağlı tutarlı izahat vermədiyini deyib.
Geri dön