Ana Sayfa > Karusel / Dünya / M2 > Dünyanı şoka salan irqçi hərəkət

Dünyanı şoka salan irqçi hərəkət


7-05-2016, 20:53. Yazar: Xeberaz

Dünyanı şoka salan irqçi hərəkət
İngiltərədə irqçi siyasətçi kimi tanınan Paul Qoldinq Londonun yeni seçilən Pakistan əsilli meri Sadiq Xan kürsüdə çıxış edərkən ona kürəyini çevirib.
"Xəbəraz.az " xəbər verir ki, müsəlman mer qələbə çıxışına başladığı an Qoldinq məğlubiyyətə dözümsüzlük göstərərək bu hərəkəti edib.

Məlumata görə, irqçi siyasətçinin bu hərəkəti kəskin tənqidlərə səbəb olub.

Qoldinq etdiyi hərəkətə belə bəraət qazandırıb:

“Mən irqçilik etmədim. Kürəyimi çevirməyimin səbəbi onun asiyalı olması deyil. O, çox alçaq insandır”.

Qeyd edək ki, dünən Leyboristlər Partiyasının üzvü Sadiq Xan İngiltərənin London şəhərinin meri seçilmişdi.
Geri dön