Ana Sayfa > Karusel / Gündəm / M2 > ANAMA 3 rayonda yoxlama apardı

ANAMA 3 rayonda yoxlama apardı


7-05-2016, 02:01. Yazar: Xeberaz
ANAMA 3 rayonda yoxlama apardı
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat təqdim edib.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə ANAMA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 6 may tarixində Agentlik tərəfindən 8 ev, 3 əkin sahəsi, 15 partlayış yeri yoxlanılıb, 30 680 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Qarağacı kəndi – 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 17 000 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.
Hacıqərvənd kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, 5 300 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Qaynaq kəndi – 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, 950 kv. m ərazi təmizlənib.

Cəmi:5 ev və həyətyanı sahə, 1 əkin sahəsində 10 partlayış yeri aşkar edilib və 23 250 kv. m ərazi təmizlənib.

Füzuli rayonu

Şükürbəyli kəndi – 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 430 kv. m ərazi təmizlənib.

Cəmi:2 əkin sahəsi, 2 partlayış yeri aşkar edilib və 430 kv. m ərazi təmizlənib.

Ağdam rayonu

Qaradağlı kəndi - 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 7 000 kv. m ərazi təmizlənib.

Cəmi:3 ev və həyətyanı sahə, 3 partlayış yeri aşkar edilib, 7 000 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 6 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 434 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 414 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
Geri dön