Ana Sayfa > Karusel / Dünya / M2 > Nazir müavinini aparan helikopter itdi

Nazir müavinini aparan helikopter itdi


6-05-2016, 13:12. Yazar: Xeberaz

Nazir müavinini aparan helikopter itdi
Malayziyanın plantasiya nazirinin müavini Noriah Kasnonu aparan helikopter dünən Saravak əyalətində itib.

Publika.az xəbər verir ki, helikopterin Betonqdan Kuçinqə gedərkən itdiyi deyilir. Altı nəfərin olduğu helikopteri tapmaq üçün mülki və hərbi xilasetmə qruplarının axtarışları davam edir.

“New Straits Times” nəşrinin yazdığına görə, nazir müavini mayın 7-də Saravak əyalətində keçiriləcək seçkilərdə kampaniya aparmaq üçün gedirmiş.
Geri dön