Ana Sayfa > Karusel / Siyasət / M2 > Azərbaycanda yeni beyin mərkəzi yaradıldı - FƏRMAN

Azərbaycanda yeni beyin mərkəzi yaradıldı - FƏRMAN


21-04-2016, 01:15. Yazar: Xeberaz

Azərbaycanda yeni beyin mərkəzi yaradıldı - FƏRMAN

"Xəbəraz.az " xəbər verir ki,Fərmanda bu mərkəzin yaradılmasının səbələri əsaslandırılıb və “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” publik hüquqi şəxs yaradılması barədə bildirilir.

Həmçinin “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi” təsdiq edilib.

Fərmanda bildirilib ki, “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (bundan sonra – Mərkəz) 3 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır, Şuranın sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.


Nazirlər Kabinetinə prezidentin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb təqdim etməsi tapşırılıb.

Ədliyyə və Vergilər Nazirliklərinə fərmandan irəli gələn məsələləri həll etmək həvalə edilib.
Geri dön