Ana Sayfa > Karusel / Siyasət / M2 > BMT baş katibinin Azərbaycana səfər edəcəyi təsdiqlənib

BMT baş katibinin Azərbaycana səfər edəcəyi təsdiqlənib


7-04-2016, 19:03. Yazar: Vusale
BMT baş katibinin Azərbaycana səfər edəcəyi təsdiqlənib

BMT-in baş katibi Pan Gi Mun Azərbaycanda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün ölkəyə səfər edəcək. "Report" xəbər verir ki, bunu Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Nazirin sözlərinə görə, Pan Gi Mun Bakıya xüsusi proqram çərçivəsində gələcək. Baş katibin proqramının təsdiqlənməsi üçün yaxın 10 gündə Bakıya xüsusi nümayəndə heyəti gələcək.
"Pan Gi Munun Azərbaycana gəlişi ölkənin xarici siyasəti üçün əlamətdar hadisə hesab edilir", - nazir bildirib.

Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Bakıda aprelin 25-27-də keçiriləcək.
Geri dön