Ana Sayfa > Karusel / Gündəm / M2 > Bakı qatı dumana bürünüb

Bakı qatı dumana bürünüb


5-03-2016, 11:32. Yazar: Xeberaz
Bakı qatı dumana bürünüb

Bu gün səhər saatlarından Bakı şəhərində güclü duman var.

"Xəbəraz.az " qafqazinfo-ya istinadən bildirir ki, xüsusilə Əhmədli, Yeni Günəşli istiqamətində sıx duman müşahidə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda müşahidə olunan güclü dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir. Trend xəbər verir ki, məlumata əsasən, duman hava limanının işinə təsir etməyib. "Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Aeroport normal rejimdə işini davam etdirir", - deyə hava limanında bildiriblər.
Geri dön