Ana Sayfa > Karusel / Hadisə / M2 > Saatlıda siahlı hücumun - TƏFƏRRÜATLARI

Saatlıda siahlı hücumun - TƏFƏRRÜATLARI


21-02-2016, 12:26. Yazar: Xeberaz
Saatlıda siahlı hücumun - TƏFƏRRÜATLARI
Quliyev çiyin nahiyəsindən güllə yaraları alıb.

Fevralın 19-da silahlı basqın zamanı “Azərsun” şirkətinin güllə yaraları almış əməkdaşı İmşli rayon sakini, 1978-ci il təvəllüdlü Quliyev Ramil Aydın oğludur.
"Xəbəraz.az " xəbər verir ki, bunu virtualaz.org saytına İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəsur Paşayev deyib.

Baş həkimin sözlərinə görə, yaralının üzərində ilkin cərahiyyə əməliyyatı aparılıb. O, çiyin və bazu nahiyəsindən güllə yaraları alıb. Hazırda vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, 2 gün əvvəl Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində bu rayondakı mağazalardan satış pulunu götürərək geri qayıdan “Azərsun” şirkətinin İmişlidəki ofisinin əməkdaşının idarə etdiyi VAZ-2107 markalı avtomaşına silahlı basqın edilib.

Şirkət işçisinin idarə etdiyi avtomobili saxlatdıraraq qarət etmək istəyən basqınçılar buna nail ola bilmədikdə həmin maşını təqib etməyə başlayıblar.

Lakin bunun da nəticə vermədiyini gördükdə, arxadan təqib etdikləri maşına ov tüfəngindən atəş açıblar.Nəticədə VAZ-2107-nin arxa şüşəsi qırılıb və güllələrdən bir neçəsi sürücü Ramil Quliyevə dəyib.
Geri dön