Ana Sayfa > Karusel / Gündəm / M2 / Xəbəraz TV > Rusiya-Türkiyə müharibəsi başlasa, Azərbaycanlılar kimi dəstəkləməlidirlər? - Videosorğu

Rusiya-Türkiyə müharibəsi başlasa, Azərbaycanlılar kimi dəstəkləməlidirlər? - Videosorğu


18-02-2016, 14:15. Yazar: Xeberaz

Rusiya-Türkiyə müharibəsi başlasa, Azərbaycanlılar kimi dəstəkləməlidirlər? - Videosorğu
Rusiya ilə Türkiyə qoşunları Suriyada müharibəyə başlaya bilər. Suriyada iki ölkənin maraqlarının toqquşması və ölkə rəhbərləri arasında gedən gərgin dialoq, sərt ittihamar və bəyanatlar yaxın zamanlarda müharibə olacağı variantını da istina etmir. Hər iki ölkənin rəhbərlərinin bəyanatlarından da savaş qoxusu hiss olunur.

Ekspertlər isə hesab edir ki, Türkiyə Suriyada quru əməliyyatlarına başlasa, Əsəd rejiminə dəstək verən Rusiya ordusu ilə üz-üzə qalacaq. Bu isə iki ordu arasında müharibəni qaçılmaz edəcək.

Azərbaycana qonşu olan iki dövlət arasında belə bir müharibənin başlaması ölkəmizə də yaxşı heç nə vəd etmir. Müəyyən məqamlarda Azərbaycan da bu məsələdə mövqeyini ortaya qoymaq məcburiyyətində qala bilər.

Bəs, görəsən iki ölkə müharibəyə başlasa, Azərbaycanlılar kimin tərəfində olmalıdır? Vətəndaşlar qonşu Rusiyanı yoxsa, qardaş Türkiyəni dəstəkləyirlər?

Bu suallarla bağlı ictimai rəyi öyrənmək üçün musavat.com şəhər sakinləri arasında sorğu keçirib. Sorğu iştirakçılarının bəziləri belə bir müharibəni arzuolunmaz adlandırsalar da, böyük əksəriyyət birmənalı şəkildə Azərbaycanın Türkiyənin yanında olması fikrini dəstəkləyib.

Digər sorğu iştirakçılarından daha fərqli fikirlər səsləndirən Akif Zamanov müharibə olacağı halda Rusiyanı dəstəkləyəcəyini dedi: “Mən Rusiyanı dəstəkləyirəm. Ona görə ki, silah-sursatlarımız Rusiyadan gəlir. Bizim bütün bağlantılarımız ruslarladır. Türklər daha çox bizə əməldə yox, sözdə dəstək olub”.

Sorğuda iştirak edən Türkiyə vətəndaşı isə suallarımızı belə cavablandırdı: “Son zamanlar Rusiya və Türkiyə arasında anlaşılmazlıqlar yaranıb. İki ölkə arasında müxtəlif sahələrdə əlaqələr var. İnanırıq ki, razılığa gələcəklər. Əgər müharibə olarsa, Azərbaycan Türkiyənin yanında olacaq. Buna əminəm. Son hadisələrdən sonra Rusiya Türkiyəyə embarqo qoydu. Lakin Azərbaycan Türkiyənin arxasında olacağını, neft, qaz və s. nə lazımdısa verəcəyini bildirdi. Bundan sonra da qardaş ölkənin Türkiyəni dəstəkləyəcəyindən əminəm”.

Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

Geri dön