Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda polis generalının oğlu həbs olundu

Bakıda polis generalının oğlu həbs olundu


11-04-2015, 15:10. Yazar: Xeberaz
Bakıda polis generalının oğlu həbs olundu
General özü oğlunu polisə təhvil verib.

Bakının Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli yaxınlığındakı restoranların birində polis generalının oğlunun iştirakı ilə dava-dalaş baş verib.

Xeberaz.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisənin aprelin 10-da baş verdiyi, bir neçə nəfərin iştirakı ilə baş vermiş davada bıçaqlanan adamın olduğu bildirilir. Davanın iştirakçılarından biri DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev olub.

O, hadisə yerindən qaçaraq gizlənib. Dava ilə bağlı Yasamal Rayon Polis İdarəsi 26-cı polis bölməsində təhqiqat başlanılıb.

Xəbərə görə, hadisədən xəbər tutan general çox qəzəblənib və oğlunu taparaq əvvəlcə özü tənbeh edib, daha sonra onu polisə təhvil verib və barəsində həbs-qətimkan tədbiri seçilməsində israr edib.

Növbətçi məhkəmənin qərarı ilə generalın oğlu barədə 4 aylıq həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən belə hadisənin baş verdiyini təsdiqləyiblər. Mənbənin bildirdiyinə görə generalın oğlunu adı xuliqanlıq əməlində keçir və faktla bağlı araşdırma başladılıb, dava iştirakçıları saxlanılıb və onların barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərilib.

Generalın öz oğlunu tutub polisə gətirməsi barədə yayılan məlumatları isə mənbə təsdiq və ya təkzib etməyib.
Geri dön