Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda “Milli Ön” oğurlandı

Bakıda “Milli Ön” oğurlandı


9-02-2016, 14:21. Yazar: Xeberaz
Bakıda “Milli Ön” oğurlandı
DİN məlumat yaydı.

Bakıda mağazadan ödəmə terminalı oğurlanıb.
Xəbəraz.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xəzər rayon 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Abid İsrafilova məxsus mağazadan 70 manat və orada quraşdırılmış “Milli Ön” ödəmə terminalını oğurlamış Bakı şəhər sakinləri Firuz Abbasov, Azər Mirzəyev və Mədət Hüseynov tutulublar.

Faktla bağlı araşdırma aparılır.
Geri dön