Ana Sayfa > Karusel / Gündəm / M2 > Sumqayıtda müəllimin şagirdini vəhşicəsinə döyməsinə rəsmi açıqlama

Sumqayıtda müəllimin şagirdini vəhşicəsinə döyməsinə rəsmi açıqlama


14-01-2016, 10:24. Yazar: Xeberaz
Sumqayıtda müəllimin şagirdini vəhşicəsinə döyməsinə rəsmi açıqlama


"Sumqayıt şəhərində məktəblərdən birində baş verən hadisə Təhsil Nazirliyi tərəfindən araşdırılır".

Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov açıqlamasında söyləyib. Onun sözlərinə görə, yayılan video ilə tanış olublar.

"Nazirlik tərəfindən ciddi araşdırma aparılır. Araşdırmalarımızdan sonra baş verən hadisəyə münasibət bildiriləcək”, - deyə Cəsarət Valehov bildirib.

Qeyd edək ki, Sumqayıtda yerləşən 22 saylı orta məktəbdə İdris adlı tarix müəllimi dərsdə şagirdlərdən birinin başına çox sayda zərbələr endirib. Bu barədə "Sumqayıtda orta məktəbdə müəllim şagirdi vəhşicəsinə döydü" adlı xəbərdə ətraflı məluamt vermişik.

Geri dön