Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD əməliyyatı: Tutulanlar arasında azərbaycanlılar da var (FOTO)
Tarix: 26-12-2015 | Saat: 16:46
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

 İŞİD əməliyyatı: Tutulanlar arasında azərbaycanlılar da var (FOTO)
Saxlanılan qrupda azərbaycanlılarla bərabər 250 xarici vətəndaş var.
Türkiyə - Suriya sərhədində 250 nəfər İŞİD-ə qoşulmaq istəyən şəxs saxlanılıb.

Xeberaz.az-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, həmin şəxslər arasında Azərbaycan vətəndaşlarıda olub.

Suriyaya keçmək istəyən qrupda azərbaycanlılardan başqa İngiltərə, İraq, Şərqi Türküstan, Çin, Küveyt, Fələstin, Rusiya, İtaliya, İordaniya və Bolqarıstan vətəndaşları olub. Terror təşkilatına qoşulmaq istəyən şəxslər Suriyaya Türkiyənin Hatay şəhərindən keçmək niyyətində olublar.
Lakin polisin ayıq-sayıqlığı onların bu istəklərini yarımçıq qoyub.

Bundan əvvəl isə Türkiyədə İŞİD -də qoşulmaq üçün Suriyaya getmək istəyən 38 nəfər saxlanılıb. Onların arasında 14 Azərbaycan vətəndaşı da var.

İŞİD-çilərə qarşı əməliyyat Adana şəhərinin mərəzində Seyhan qəsəbəsində həyata keçirilib.

14 azərbaycanlı ilə yanaşı saxlanılanlar arasında 7 İndoneziya, 5 İraq, 5 Qırğızıstan, 2 Tacikistan, 2 İran və bir neçə Əfqanıstan vətəndaşının olduğu bildirilirdi.


 İŞİD əməliyyatı: Tutulanlar arasında azərbaycanlılar da var (FOTO)
İŞİD-də qoşulmaq istəyən şəxslər

Türkiyə höküməti terror təşkilatına qoşulan insanların sayını nəzərə alaraq Suriya ilə sərhədə 2 metr enliyində, 3 metr yüksəkliyində və 7 ton ağırlığında beton hasar inşa edib. 11 km-lik hasar ölkənin Hatay şəhəri ilə Suriya arasında hörülüb. Sərhəd 7 gün 24 saat mühafizə olunur.

 İŞİD əməliyyatı: Tutulanlar arasında azərbaycanlılar da var (FOTO)
Türkiyə Suriya sərhədi

Suriyanın İdlib və Latakiya şəhərləri ilə sərhədə isə 4 metr enində 5 metr hündürlüyündə hasarlar inşa edilib.

 İŞİD əməliyyatı: Tutulanlar arasında azərbaycanlılar da var (FOTO)
Suriya - Türkiyə sərhədində inşa edilən hasar


Xəbəri paylaş

6308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___