Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Arvadını öldürməyə cəhd edən kişiyə hökm oxundu - FOTO
Tarix: 26-12-2015 | Saat: 15:01
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

 Arvadını öldürməyə cəhd edən kişiyə hökm oxundu - FOTO

66 yaşlı kişi mətbəx bıçağı ilə qadına bir neçə zərbə endirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Tovuz rayon sakini Cəlal Sadıqovun (1949-cu il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xeberaz.az xəbər verir ki, bu il aprelin 20-də Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki fərdi evdə Cəlal Sadıqov ailə münaqişəsi zəmnində arvadı Tamara Sadıqovaya (1963-cü il təv.) bıçaqla çoxsaylı xəsarətlər yetirərək, onu qır yaralayıb. 3 sayli kliniki xəstəxanaya çatdırılan qadının üzərində cərrahi əməliyyat aparılıb və onun həyatı xilas edilib. Daxil olan məlumat əsasında C.Sadıqov Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, Cəlal Sadıqovun arvadı ilə münasibəti kənddəki gəlininə görə pozulub, buna görə Tamara Sadıqova acıq edərək, oğlunun evinə gəlib. Onun ardınca isə ora Cəlal da yollanıb. Axşam mehribancasına yeməklərini yedikdən sonra yatmağa gediblər, ayrı-ayrı yatmaqlarında baxmayaraq təqsirləndirilən şəxs arvadı olduğu otağa daxil olub və mətbəxdən götürdüyü bıçaqla ona zərbələr endirib.

İş üzrə dindirilən Tamara Sadıqova qəlinindən şikayətçi olmadığını bildirib. Hadisəyə gəlicə isə, qadın ərinin onu vuracağını güman etməyib. Onun sözlərinə görə, qulaqları yaxşı eşitmədiyi üçün Cəlalın yatdığı otağa girməsindən xəbərsiz olub :" Yorğanı üstümdən götürəndə, gözlərimi açdım və gördüm ki, məni bıçaqla vurur”.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
 Arvadını öldürməyə cəhd edən kişiyə hökm oxundu - FOTO
 Arvadını öldürməyə cəhd edən kişiyə hökm oxundu - FOTO
 Arvadını öldürməyə cəhd edən kişiyə hökm oxundu - FOTO
 Arvadını öldürməyə cəhd edən kişiyə hökm oxundu - FOTO


Xəbəri paylaş

6288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___