Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ölkəni böhran bürüdü-ƏYALƏTLƏRDƏ DURUM AĞIRLAŞDI
Tarix: 23-12-2015 | Saat: 01:40
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Ölkəni böhran bürüdü-ƏYALƏTLƏRDƏ DURUM AĞIRLAŞDI
Bir çox rayonlarda marketlər bağlanıb, siqaret və ərzaq qıtlığı yaranıb

Dünən Mərkəzi Bankın manatla bağlı verdiyi qərardan sonra təkcə Bakıda deyil, əyalətlərdə də ajiotaj yaşanıb. JAM.AZ xəbər verir ki, rayonlarda durum daha ağırdır. Çünki maddi imkanları paytaxt əhalisinə nisbətən daha zəif olan insanlar çarəsiz duruma düşüblər.

Saatlı

Saatlı rayonunda fəaliyyət göstərən bütün market və dükanlardan bir anda siqaret və bəzi ərzaq məhsulları yoxa çıxıb. Satıcılar bildiriblər ki, xarici markalı siqaretləri topdansatan firmalar gəlib, geri alıblar. Bəzi ərzaq məhsullarının satışı isə qiymət fərqinə görə, vitrinlərdən yığışdırılıb.

Masallı

Rayondan gələn xəbərdə vurğulanır ki, əsas iri marketlər dünən günortadan sonra bağlanıb. Kiçik dükanlar isə yalnız zəruri ərzaq mallarının satışını həyata keçiriblər. Və Masallıdakı dükanlardan alış-veriş edənlərə xəbərdarlıq olunub ki, kütləvi şəkildə alver etməsinlər.

Maraqlı məqamlardan biri odur ki, rayondakı iri marketlərin sahibləri elan ediblər ki, bir həftəliyinə istirahətə gediblər. İndiki kritik vəziyyətdə belə bir addımın atılmasının tək səbəbi əvvəlki qiymətə alınmış məhsulların köhnə qiymətlərlə satmaq istəməmələridir.

Hazırda rayonda un, siqaret və şəkər tozu qıtlığı yaranıb.

Cəlilabad

Rayonun mərkəzindəki iri marketlər bağlanmasa da, əhalinin alış-verişinə bir sıra məhdudiyyətlər qoyulub. Məlumatlara görə, insanlar bahalaşma olacaq deyə dükanlara axışıb. Satıcılar isə bir məhsuldan yalnız iki dənə almağa icazə veriblər.

Salyan

Salyan rayonunda durum sabitdir və burada fəaliyyət göstərən iri marketlərə kütləvi axın halları az müşahidə olunub. JAM.AZ-a verilən məlumata görə, yerli camaat günortaya qədər ajiotaj içində olub. Lakin nahardan sonra durum sabitləşib.

Gəncə

Ölkənin ikinci paytaxtında da Bakıdakı hallar yaşanıb. JAM.AZ-a daxil olan məlumata görə, Gəncədə iri marketlər satış prosesini dayandırsalar da, yerli qurumların müdaxiləsindən sonra proses bərpa edilib.

Topdansatış mərkəzləri də bağlanıb

Qeyd edək ki, hal hazırda ölkədə fəaliyyət göstərən bütün topdansatış mərkəzləri fəaliyyətlərini dayandırıblar. JAM.AZ-ın apardığı müşahidələr zamanı məlum olub ki, həmin mərkəzlərin sahibləri əllərində olan məhsulları satmaqdan imtina ediblər. Onlar yalnız bu gün duruma uyğun şəkildə hərəkət edəcəklərini bildiriblər.

Belə ki, topdansatışçılar hökumət tərəfindən qiymətlərə müdaxilə ediləcəyi təqdirdə məhsul satışını ümumiyyətlə, dayandırmaq fikrindədirlər. Və bunu da belə əsaslandırırlar ki, faktiki olaraq manatın dəyərdən düşməsi səbəbindən əvvəlki qiymətə alınmış məhsulları yeni qiymətlə satacaqları təqdirdə hökumətin təklifinə razılıq verə bilərlər.


Xəbəri paylaş

6628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___