Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Polis mitinqlə bağlı xəbərdarlıq etdi
Tarix: 03-04-2015 | Saat: 20:43
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Polis mitinqlə bağlı xəbərdarlıq etdi
“Qanuna zidd əməllərə yol verilməyəcək”.

Milli Şuranın üzvləri - Fuad Qəhrəmanlı və Namizəd Səfərov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞPİ) çağırılıblar.

xəbəraz.az xəbər verir ki, F. Qəhrəmanlı APA-ya açıqlamasında bildirib ki, BŞBPİ-nin rəis müavini Səhlab Bağırov və nümayəndəsi onları qəbul edib.

S. Bağırov Milli Şuranın qiymət artımına etiraz məqsədilə aprelin 5-də 15:00-dan 17:00-a kimi Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionunda keçirəcəyi mitinqlə bağlı onlara xəbərdarlıq edib.

Milli Şura üzvlərinə bildirilib ki, aksiya zamanı iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar:

“Biz də bildirdik ki, tərəfimizdən hər hansı qanuna zidd əməllərə yol verilməyəcək və aksiyanın dinc şəraitdə keçirilməsini təmin edəcəyik”.

Xatırladaq ki, Milli Şuranın mitinqi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.


Xəbəri paylaş

6328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___