DİQQƏT! Azərbaycanda satılan bu dərmanlara ALDANMAYIN (FOTO)
Tarix: 16-12-2015 | Saat: 13:46
Bölmə:Karusel / Gündəm / Səhiyyə / M2 | çapa göndər
"Nurofen", "Nurofen Migraine Paine", "Nurofen Tension", "Miqraleve", "Anadin", "Sudafed Sinus", "Nurofen Ekspress", "Feminaks Ekspress"...
Xeberaz.az milli.az saytına istinadən xəbər verir ki, bu dərmanlar başağrıları, bel və bədənin müxtəlif əzalarında ağrıları çox qısa zamanda kəsən, həddən artıq effektiv dərmanlar kimi reklam olunur. O da vurğulanır ki, adları çəkilən dərmanlar arasında ciddi fərqlər var.
Həmin dərman preparatlarını Britaniyanın "Reckitt Benckiser" şirkəti istehsal edir.
Şirkət alıcıları aldadır, çünki "dərmanlar arasında fərq olduğu" deyilsə də, əslində bəhs etdiyimiz preparatların istisnasız olaraq hamısı ibuprofen əsasında hazırlanır və faktiki olaraq bu kimyəvi qarışıqdan ibarətdir.
Avstraliyada şirkətin fəaliyyəti araşdırılıb və bəlli olub ki, "effektiv" adlandırılan preparatlar əslində "Nurofen" farmasevtik vasitələrinin ən ucuz məhsulları ilə identikdir. Lakin "effektiv" kimi reklam edilən "Nurofen versiyaları" adi preparatlardan 2 dəfə baha satılır.
Avstraliya Federal Məhkəməsinin qərarına görə, bu preparatların satışı dayandırılmalıdır.
"Reckitt Benckiser" məhkəmənin qərarı ilə razılaşsa da, reklam fırıldaqları edərək alıcıları aldatmaq niyyətində olmadığını bəyan edib.
"Reckitt Benckiser" şirkəti dərman preparatları ilə yanaşı, məişət kimyası, gigiyena və dəriyə qulluq vasitələri də satır, "Clearasil", "Dettol", "Dosia", "Durex", "Finish" təki məhsulları istehsal edir.
Şirkət "Qeviskon" və "Strepsils" preparatlarını da satır.
Rusiyada "Nurofen" və onun "törəmələri"nin apteklərdə reseptsiz satışı qadağan olunub. Avropa Birliyi ölkələrində də belədir.
Azərbaycanda isə bu preparatları istənilən aptekdən reseptsiz almaq mümkündür.
Üstəlik, "effektiv" adlandırılan, əslindəsə tərkibi ibuprofendən ibarət olan dərmanlar "adi" preparatlarla müqayisədə baha satılır.
Belədirsə, pulumuzu verib səhhətimizlə niyə risk edirik?
Xəbəri paylaş
6478 dəfə oxunub.
Digər xəbərlər

6-12-2015, 15:12
Azərbaycanda dəhşətli qəza: Bir ailənin 4 üzvü ölüb
28-06-2016, 17:58
"Təmiz Şəhər"ə yeni sədr təyin olundu
14-04-2016, 20:04
Həccdə ölən azərbaycanlı zəvvarlara görə kompensasiya ödənəcək
27-04-2017, 13:37
Sağlam kökəlmə necə olur? - Buradan oxuyun!
4-04-2016, 17:07
“Ermənilərə belə lazımdır” - Gürcü idmançı
28-04-2016, 02:16
FHN bir nəfəri xilas etdi
10-06-2016, 19:43
ABŞ: “Bu məsələ Obama gedənəcən həll oluna bilər”
8-04-2017, 00:19
İnsana dua etməyi öyrədən AYƏ
17-07-2016, 23:27
Beyons Türkiyə üçün oxudu - Video
8-06-2016, 17:16
Bordyuja: “İndi biz bunu İrəvanla yaradırıq”