Xaricdə Təhsil üzrə Dövlət Proqramına son tələbələr də seçildi
Tarix: 16-12-2015 | Saat: 11:15
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-ci il üzrə qəbula dair yekun statistika açıqlanıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, statistikaya görə 373 nəfər tələbənin adı təqaüdçülər siyahısına daxil edilib. Belə ki, bu ilki müsabiqədə də üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib və 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfəri isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində Azərbaycan üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almasından ötrü Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb.
Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland Krallığı tələbələrin təhsil almaq üçün ən çox seçdikləri ilk 5 ölkə olub.
Seçimlər nəticəsində magistratura təhsil səviyyəsində daha çox tələbə təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində azərbaycanlı tələbələr Harvard Universiteti, Kembric Universiteti, Oksford Universiteti, London İmperial Kolleci, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Orta Doğu Texniki Universiteti, Toronto Universiteti, Nanyanq Texnologiya Universiteti, Kyoto Universiteti kimi yüksək nüfuzlu ali təhsil müəssisələrində təhsil alırlar.
Xatırladaq ki, indiyədək Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsilalanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir.
Xəbəri paylaş
6118 dəfə oxunub.
Digər xəbərlər

24-02-2017, 22:55
Donald Trampın sensasion açıqlamaları: "Media düşmən, immiqrantlar pis, terroristlər radikal islamçıdır"
12-12-2015, 14:49
Samir Şərifov: "Manat dəyərsizləşir, neft düşür..."
11-03-2015, 23:44
Uorlik: Bu, yaxşı xəbərdir Amerikalı diplomat tvit yazdı.
20-06-2015, 16:21
Ermənilər yiyəsiz qalıb?
29-06-2015, 21:57
“Instagram”da ən məşhur foto
26-03-2016, 17:02
Qusarda "KİA" ağaca cırpıldı: ölən var
26-03-2022, 11:35
"İçərişəhərdə o cür musiqi səsləndirilməsi məni dəhşətə gətirdi"
23-02-2016, 13:23
Sevda Yahyayeva (Bana Kırmızı Çok Yakışıyor dedi) FOTOSESİYA
20-05-2016, 13:50
ATƏT-dən MDB-yə Qarabağ çağırışı