Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"iPhone"ları sürətləndirməyin ən asan yolları (FOTO, VİDEO)
Tarix: 15-12-2015 | Saat: 13:40
Bölmə:Karusel / M2 / Xəbəraz TV / Texnologiya | çapa göndər

"iPhone"ları sürətləndirməyin ən asan yolları (FOTO, VİDEO)
"iPhone"larda əməliyyatlar sistemini sürətləndirmək üçün bir neçə asan yol var.

Xeberaz.az oxucularına "iPhone"larla bağlı vacib məlumatları təqdim edir:

Köhnə fotolardan xilas olun

Hər gün tez-tez şəkil çəkirik. Ancaq geriyə dönüb baxmadığımızda bu şəkillərin cihazın necə yaddaşı sürətlə doldurduğuna heç diqqət etmirik. Artıq işinizə yaramayacağını düşündüyünüz şəkilləri silərək işə başlaya bilərsiniz. Şəkilləri "iPhone"u birbaşa kompüterə bağlayaraq flaşkarta və ya "iCloud"a yükləyə bilərsiniz.

Lazımsız proqramları silin

İstifadə etmək üçün yüklədiyiniz, ancaq sonra üzünə belə baxmağınız proqramlar telefonunuzda qalır. Həmin proqramların israrla telefonda qalmalağına ehtiyac yoxdur. Bunun üçün əvvəlcə hansı proqramın telefonunuzda nə qədər yer tutduğuna baxmalısınız. Bunun üçün Parametrlər> Ümumi> Saxlama üçün və iCloud bölməsindən siyahıya baxın. Burada qarşınıza çıxacaq siyahıda proqramlar məlumatlarla qarşınıza çıxacaq. Çox yer tutan; ancaq işə yaramayan proqramları buradan silə bilərsiniz.
"iPhone"ları sürətləndirməyin ən asan yolları (FOTO, VİDEO)

Köhnə mesajları silin

SMS-i nə qədər tez istifadə etdiyinizi bilmirik. Ancaq nəzarət etmədiyiniz zaman yüzlərlə SMS telefonunuzda qalır. Xüsusilə, bu SMS-lərin içində MMS tipli görüntüşlər də varsa cihazınızda ciddi mənada yer tutur. SMS-lərin 30 gündə bir və ya ildə bir dəfə silinməsi vacibdir. Bunun üçün Parametrlər> Mesajlar> Mesajları Tut hissəsinə girib istədiyiniz müddəti təyin edə bilərsiniz.

"iPhone"ları sürətləndirməyin ən asan yolları (FOTO, VİDEO)

Safari təmizlik

"iPhone" daha çox Safarini istifadə edərək internetə girişinizi sürətləndirə bilərsiniz. Safaridə internetə girməyinizə maneə törədən problemlərdən xilas olmaq üçün əvvəl Parametrlər> Safari> Tarixçə və Web Site məlumatlarını sil bölməsinə toxunun. Sizə bu mövzuda əmin olub olmadığınız soruşulduğunda "Sil" düyməsinə toxunun. Artıq Safaridə çərəz və web tarixçə silinmiş olacaq.


"iPhone"ları sürətləndirməyin ən asan yolları (FOTO, VİDEO)
Avtomatik yeniləməni bağlayın

"iPhone"da bir sıra proqramlar hər həftə az qala yeniləmə edir. Bu da "iPhone"unuzun tez-tez proqramları yeniləməsinə gətirib çıxarır. Arxa planda edilən bu yeniləmə isə "iPhone"lara mənfi təsir edir. Bunun qarşısını almaq üçün avtomatik qoşulan funsiya dayandırılmalıdır. Əvvəlcə Parametrlər> iTunes Store və App Store hissəsinə daxil olun. Daha sonra Avtomatik Yükləmələr bölməsinin altında olan "Updates" bölümündəki düyməni basaraq xidməti dayandırın.

"iPhone"ları sürətləndirməyin ən asan yolları (FOTO, VİDEO)

"iPhone"u arada bağlayıb açın

Hər nə qədər biz telefon desək də, o əslində bir kompüterdir. Cibimizdə daşıdığımız kiçik bir kompüter olan "iPhone" ev və ya iş yerindəki kompüterlərdən heç nə ilə fərqlənmir. Ona görə də ən azından həftədə bir "iPhone"u bağlayıb açmaq lazımdır. Bu addım telefonunuzun əməliyyatlar sisteminə müsbət təsir göstərəcək.


Xəbəri paylaş

7768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___