Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Terrorizmə qarşı İslam koalisiyası yaradıldı
Tarix: 15-12-2015 | Saat: 10:51
Bölmə:Karusel / Siyasət / Gündəm / M2 | çapa göndər

Terrorizmə qarşı İslam koalisiyası yaradıldı
Müsəlman ölkələri güclərini birləşdirdilər.

Səudiyyə Ərəbistanı çərşənbə axşamı, dekabrın 15-də terrorizmlə mübarizə üzrə İslam hərbi koalisiyasının yaradıldığını bəyan edib.

Bu barədə Xeberaz.az Reuters-ə istinadən xəbər verir.

Saudi Press Agency dövlət informasiya agentliyinin yaydığı məlumata görə, koalisiyaya 34 ölkə daxildir.

Ərəbistan yarımadası ölkələrindən hərbi ittifaqda Səduiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər, Küveyt, Yəmən iştirak edəcəklər.

Afrika ölkələrindən koalisiyaya Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Komor adaları, Fil Dişi Sahili, Liviya, Mali, Misir, Mərakeş, Mavritaniya, Niger və Nigeriya qatılıblar.

Bundan başqa, ittifaqda İordaniya, Fələstin, Livan, Türkiyə, Pakistan, Banqladeş, Maldiv və Malayziya iştirak edəcəklər.

Səudiyyə Ərəbistanının regiondakı əsas rəqibi və şiə dövləti olan İran koalisiyaya daxil olmayıb.

Bundan başqa, siyahıda regionun əhalisinin əksəriyyəti müsəlman olan Suriya, İraq və Oman kimi dövlətləri yer almayıblar.

Qeyd olunur ki, ölkələr Səudiyyə Ərəbistanı başda olmaqla terrorizmlə mübarizə üzrə hərbi ittifaq formalaşdırmaq qərarına gəliblər. Müştərək əməliyyat mərkəzi Ər-Riyadda yerləşəcək. İttifaqın məqsədi hərbi əməliyyatları uzlaşdırmaq və dəstəkləməkdir.

Koalisiya öz missiyasının islam millətinin adından və yönümündən asılı olmayaraq, şər və ölüm yayan terrorçu qrup və təşkilatlardan qorunması olduğunu bəyan edib.

Həmçinin qeyd olunur ki, “onlarla digər islam ölkəsi, o cümlədən İndoneziya ittifaqa dəstək ifadə ediblər və bu baxımdan zəruri tədbirlər görəcəklər”.


Xəbəri paylaş

5978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___