Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nardaranda silahla dolu kisə tapıldı
Tarix: 11-12-2015 | Saat: 14:43
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Nardaranda silahla dolu kisə tapıldı
Şəkidə qadağan olunmuş dini ədəbiyyat, lüləsi kəsilmiş tüfəng aşkarlandı.

Nardaranda içərisində silah olan kisə tapılıb.

Xeberaz.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisindən içərisində AKS markalı silah, 39 ədəd patron və patron darağı olan kisə aşkar edilib.

Bundan başqa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əli Əliyevin evindən “F-1” qumbarası və 3,95 qram heroin aşkar edilərək götürülüb.

Şəkidə isə şəhər sakininin evindən silah və qadağan olunmuş dini ədəbiyyat götürülüb.

Şəki şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Kiçik Dəhnə kənd sakini Əzizbala Nəzirovun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olmayan, nömrəsi silinmiş, lüləsi kəsilmiş ov tüfəngi, 4 ədəd patron, 36 ədəd yayılması və təbliği qadağan olunmuş dini ədəbiyyat, 26 ədəd CD disklər aşkar edilərək götürülüb.

Ə.Nəzirov tutulub.

Hər üç faktla bağlı cinayət işi başlanılıb.


Xəbəri paylaş

6308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___