Kukla Teatrından uşaqlara tətil hədiyyəsi
Tarix: 09-12-2015 | Saat: 18:00
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Dekabrın 20-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Oyaq gözəl” tamaşasının premyerası olacaq. Kulisin məlumatına görə tamaşa rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun "Yatmış gözəl" nağılından bəhrələnərək qələmə aldığı “Oyaq gözəl” pyesi əsasında hazırlanıb.
Birhissəli uşaq tamaşasının rejissoru Anar Məmmədov, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.
Tamaşada əsas rolları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov, Cavid Telman, Samirə Nəcəfova, Elmira Hüseynova, Elnarə Hacıyeva və Araz Həsənov ifa edirlər.
Qeyd edək ki, teatr uşaqların qış tətili və Yeni il bayramı günlərində də məhz bu tamaşa ilə çıxış edəcək. Qış pərisi, Yatmış gözəl, Cəngavər Pişik, xeyirxah Dəniz qulduru, sadiq dost Gonbul, yaraşıqlı Şahzadə kimi personajların yer aldığı tamaşa uşaqlara xoş anlar yaşadacaq.
Bundan başqa balacalar teatrda hər tamaşanın ardınca Şaxta baba və Qar qız, eləcə də məşhur nağıl qəhrəmanlarının ifasında əyləncəli proqramı da izləyə biləcəklər.
Xəbəri paylaş
6298 dəfə oxunub.
Digər xəbərlər

1-01-2021, 19:47
Xəzər sahilində güllələnmiş suitilərlə bağlı açıqlama
6-06-2020, 18:36
Ölkədə koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ
9-07-2015, 12:12
DÜŞMƏN QARDAŞLAR
25-08-2015, 21:34
Özünü öldürmək üçün dənizə atdı
10-02-2018, 12:12
Məhv edilən terrorçuların sayı 1141-ə çatıb
4-03-2017, 15:25
Mağazadan 40 kq ət, 2 tərəzi oğurladılar
2-05-2021, 15:16
Marsdan vəba gəlir - Qorxunc proqnoz
17-01-2017, 14:16
Yağış yağacaq