Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda Formula-1 yarışlarına biletlərin satış tarixi açıqlandı - RƏSMİ
Tarix: 08-12-2015 | Saat: 17:45
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Bakıda Formula-1 yarışlarına biletlərin satış tarixi açıqlandı - RƏSMİ
Bulvar ərazisində canlı musiqi və atəşfəşanlıq olacaq.

2016 Formula-1 Bakı Avropa Qran-Prisinin biletləri dekabr ayının 19-da satışa çıxarılacaq.

Xeberaz.az xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Şəhər Halqasından (BŞH) məlumat daxil olub.

Məlumatda qeyd edilib ki, bilet satışının başlanması tarixi həmin ərəfədə şəhərdə keçiriləcək möhtəşəm “Son 6 ay” tədbiri ilə eyni günə təsadüf edəcək.

“Formula-1 təqviminə ən yeni əlavə olunmuş Bakı mərhələsinin biletlərini, www.bakucitycircuit.com saytı vasitəsilə çox əlamətdar bir gündə - Azərbaycanda ilk dəfə səhnə alan möhtəşəm yarışa düz son 6 ay qalan zaman əldə etmək mümkün olacaq.

“Son 6 ay” bayram tədbirləri şəhərin ecazkar Dənizkənarı Bulvar ərazisində canlı musiqi və atəşfəşanlıqla müşayiət olunan əyləncələrlə tam olacaq və gələn il iyun ayında Bakının ən tarixi hissəsindən keçəcək olan F1-in gəlişini ölkə sakinlərinə duyuracaq”.

BŞH-nın İcraçı Direktoru Arif Rəhimov bildirib ki, bilet satışlarının başlanğıcı Bakıda Formula-1-in gəlişi yaxınlaşdıqca daha da artmaqda olan həyəcanı ən yüksək həddə çatdıracaq.

“Bilet satışının başlanğıcı hər bir böyükmiqyaslı idman tədbiri üçün vacib mərhələdir və biz də bu baxımdan istisna deyilik. Heç şübhəsiz ki, bilet satışlarının başlanğıcı və “Son 6 ay” bayramı Bakıda Formula-1-in gəlişi yaxınlaşdıqca daha da artmaqda olan həyəcanı ən yüksək həddə çatdıracaq” - deyə qeyd edib.

Qeyd edək ki, Formula-1 Bakı Avropa Qran-Prisinin bilet satışı ilə bağlı əlavə məlumatı www.bakucitycircuit.com saytından əldə edə bilərsiniz.


Xəbəri paylaş

6128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___