Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
100 manat cəriməni ödəməyən valideynlər üçün hansı cəza olacaq?
Tarix: 08-12-2015 | Saat: 15:17
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

100 manat cəriməni ödəməyən valideynlər üçün hansı cəza olacaq?
Dərs buraxmağa görə 100 manat cərimə nəzərdə tutan qanun artıq imzalanıb.

Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabineti) müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat cərimə nəzərdə tutulur.

Cərimə, valideynlərə və yaxud onları əvəz edən şəxslərə qarşı tətbiq ediləcək. Bəs valideyn 100 manat cəriməni ödəməzsə, cəzası nə olacaq?

“İcra sənədi məsuliyyətə cəlb olunan şəxs tərəfindən icra olunmadıqda, yəni cərimə ödənilmədikdə, sənəd yöndərilir icra şöbəsinə”.

Bunu ATV.az–a açıqlamasında Vəkillər kollegiyasının üzvü, vəkil Asif Abdullayev bildirib.

Onun sözlərinə görə, icra şöbəsi tərəfindən məsuliyyətə cəlb olunmuş şəxsə 10 gün ərzində cərimənin könüllü ödənilməsi üçün müddət verilir: “Əgər bu müddət ərzində cərimə ödənilməzsə, icra məmuru tədbirlər görməyə başlayır. İlk növbədə onun nəğd hesabının - bank hesabı və ya iş yerinin olub-olmamması barədə sorğu göndərilir. Əgər iş yeri varsa, təbii ki, həmin məbləğ əməkhaqqına yönəlir. Əməkhaqqı yoxsa, adında olan hər hansı bir əmlaka yönəlir. Əgər, ümumiyyətlə, heç bir imkanı yoxdursa, həmin şəxs heç bir məsuliyyətə cəlb edilmir”.

Vəkil həmçinin qeyd etdi ki, bu dəyişikliyə qədər də, uşaqların tərbiyə və təlimi vəzifələrini yerinə yetirməyən valideynlər və ya onları əvəz edən şəxslər üçün İnzibati Xətalar Məcəlləsi müəyyən məsuliyyət nəzərdə tutulurdu: “Belə ki, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq və ya 40 manatdan 60 manatadək cərimə nəzərdə tutulurdu. Hazırki dəyişiklik isə, konkret olaraq uşağın təhsili ilə bağlı valideynlərin və ya onları əvəz edən şəxslərin məsuliyyətini müəyyən edir”.


Xəbəri paylaş

7658 dəfə oxunub.

Digər xəbərlər
15-04-2016, 12:17 Növbəti sammit Qambiyada

bütün xəbərlər
____ Instagram ___