Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
QMİ: Nardaranda fəaliyyət göstərən məscidlərdən yalnız biri qeydiyyatdan keçib
Tarix: 07-12-2015 | Saat: 14:30
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

QMİ: Nardaranda fəaliyyət göstərən məscidlərdən yalnız biri qeydiyyatdan keçib


Bakı. Mübariz Aslanov - APA, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Nardaran qəsəbəsində yalnız bir məscidi rəsmi tanıdığını açıqlayıb.

Bu barədə APA-ya QMİ-nin təşkilati məsələlər şöbəsinin müdiri Hacı Əlirza Qafarov bildirib.O qeyd edib ki, Nardaran qəsəbəsi üzrə yalnız Cümə məscidi qeydiyyata alınıb və QMİ tərəfindən axund təyin olunub: “Həmin məscidin axundu Hacı Musa Qasımovdur”.

Onun sözlərinə görə, qəsəbədəki digər məscidlər - Rəhimə Xanım məscidi, Qulam Əli məscidi, Kiçik məscidi və Ağa məscidində QMİ tərəfindən təyinat olmayıb: “İdarə onların fəaliyyətinə görə heç bir məsuliyyət daşımır”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da Nardarandakı məscidlərin qeydiyyatdan keçmədiyini bildirmişdi.


Xəbəri paylaş

5878 dəfə oxunub.

Digər xəbərlər
11-12-2017, 13:14 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___