Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oxot dənizində gəmi batıb: Beş azərbaycanlı xilas edildi – YENİLƏNİB
Tarix: 02-04-2015 | Saat: 12:13
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Oxot dənizində gəmi batıb: Beş azərbaycanlı xilas edildi – YENİLƏNİB
Onlardan 2-si qardaşdır.

Aprelin 1-də gecə saatlarında Oxot dənizində batan “Dalni Vostok” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında olan azərbaycanlıların adları açıqlanıb.

Xeberaz.az xəbər verir ki, onlar matros Abdullayev F.S., matros Səfərov M.S., matros Sadiqov İ.Q., dördüncü mexanik Talıbov M.U., emal ustası Əliyev Ə.S və matros Əliyev Y.S. olublar.

Son məlumatlara görə, ümumilikdə 63 nəfər xilas edilib. Talıbov, Sadiqov, Abdullayev, Əliyev Y. və Əliyev E. qardaşları xilas edilənlər arasındadır.

Xilas edilənlərin 7 nəfərinin vəziyyəti çox ağır olduğu üçün onlar özləri barədə məlumat verməkdə çətinlik çəkiblər.

09:52

“Xilas edilənlərdən kimisi ağır, kimisi isə çox ağır vəziyyətdədir, hamını don vurub. İlkin məlumata görə, onları Maqadana aparırlar”, - RİA Novosti-nin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, ilkin məlumata əsasən, ekipajın 26 nəfəri saxalinlilərdir. Eləcə də onların arasında Primorye, Kamçatka, Stavropol, Azərbaycan vətəndaşları da var.

“Bundan başqa, gəmidə sərnişinlər də olub”, - həmsöhbət qeyd edib.

Dəqiqləşdirilən məlumata görə, gəmi Maqadanın 300 kilometrliyində batıb.

09:30

Oxot dənizində “Dalnı Vostok” traulerinin batması nəticəsində əlli üç dənizçi həlak olub, 63 nəfər xilas edilib.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, bu barədə RİA Novosti-yə Kamçatka Rusiya Federasiyası FHN-nin nümayəndəsi bildirib.

“Qəza yerində 26 gəmi var”, - həmsöhbət bildirib.

Gəmi aprelin 2-nə keçən gecə Oxot dənizi akvatoriyasında batıb. İlkin məlumata görə, gəminin göyərtəsində 132 nəfər – 78 rusiyalı və 54 əcnəbi olub. Dəqiqləşdirilmiş məlumata əsasən, əcnəbilərdən 42-si Birma, üçü Latviya, dördü Ukrayna və beşi Vanuatu vətəndaşı olub.

“Balıq ovlayan gəmilər tərəfindən 63 nəfər sudan sağ çıxarılıb.

Kamçatka Dənizdə Xilasetmə Mərkəzindən bildirilib ki, gəmi qəzaya uğrayan zaman ekipaj üzvlərinin hamısı xilasedici canlıq və termokostyumda olublar.

Məlumata görə, gəmi Maqadandan 300 km aralıda batıb.


Xəbəri paylaş

1 4478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___