ABŞ-da atışma: 14 ölü, 17 yaralı
Tarix: 03-12-2015 | Saat: 10:38
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
ABŞ-ın Kaliforniya ştatında silahlı insident baş verib
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə San-Bernardino şəhərində məhdud fiziki imkanlı insanlar üçün mərkəzdə baş verib.qeydə alınıb.
Silahlı insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb. Bu barədə yerli polis idarəsinin rəisi Cerrod Burquan bildirib.
Onun sözlərinə görə, hücumda şübhəli bilinən iki nəfər (1 kişi və 1 qadın) polislə atışma zamanı öldürülüb: “Onlar avtomat silah və tapançalarla silahlanmışdı, kamuflyaj geyimində idilər. Daha bir şəxs hadisə yerindən qaçmaq istəyərkən yaxalanıb. Hadisəni törədənlərdən birinin şəxsiyyəti artıq müəyyənləşdirilib. Son məlumatlara əsasən, insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb”.
Hadisənin terror aktı olub-olmaması barədə məlumat verilmir. Silahlı insidentin baş verdiyi mərkəzdə müxtəlif kateqoriyalardan olan əlillərə, əqli və fiziki qüsurlu insanlara yardım göstərilir. Qeyd olunur ki, insident baş verən gün mərkəzdə bayram tədbiri keçirilirmiş.
Xəbəri paylaş
6248 dəfə oxunub.
Digər xəbərlər

10-03-2020, 21:00
Bakıda zəncirvari qəza - yolda tıxac yarandı
4-03-2017, 19:14
Naməlum kişi binanı partlatmaqla hədələyir
12-03-2021, 09:56
DYP-dən sürücülərə MÜRACİƏT
5-11-2018, 11:19
Bölgələr üzrə cinayətlər - Naxçıvan I sıradadır
24-03-2015, 22:15
Şuşanın son görüntüləri
29-03-2021, 10:11
Kişi arvadının başını kəsdi - Qobustanda dəhşətli qətl
9-09-2017, 23:09
"Qarabağ" "Çelsi" ilə oyuna belə hazırlaşır - VİDEO
9-08-2023, 17:15
İki bürc üçün “cəhənnəm” dövrü başladı - XƏBƏRDARLIQ