Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda belə AVTOBUS olmamışdı - gediş haqqı 1 manat 30 qəpik - YENİLƏNİB - FOTO
Tarix: 30-11-2015 | Saat: 21:12
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Bakıda belə AVTOBUS olmamışdı - gediş haqqı 1 manat 30 qəpik - YENİLƏNİB - FOTO
11:34

Hələlik xəttə Almaniyanın "MAN" şirkətinin istehsalı olan 5 neoplan buraxılıb. Avtobuslar bütün sutka ərzində, yəni 24 saat xidmət göstərəcək və hər iki tərəfdən interval 1 saat olmaqla hərəkət edəcək.

Xeberaz.az xəbər verir ki, 48 nəfərlik sərnişin tutumu olan avtobuslarda soyuducu və wi-fi sistemi var. Gediş haqqı isə 1 manat 30 qəpikdir.

Əvvəllər bu xətt üzrə hərəkət edən qırmızı rəngli İVECO markalı avtobuslar isə xətdən çıxarılıb. Neoplanlar şəhər-aeroport xətti üzrə metronun "Koroğlu" stansiyası istisna olmaqla heç bir dayanacaqda saxlamadan birbaşa hərəkət edirlər.

"BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, gələcəkdə avtobusların sayının artırılması nəzərdə tutulur.

Əlavə edək ki, avtobusların özəlliklərindən biri də burada ayaqyolunun olmasıdır.

Avtobuslarda 30 dəqiqə ərzində yalnız Azərbaycan bəstəkarlarının musiqiləri və xalq mahnıları səslənəcək.

Qeyd edək ki, "BakuBus" adıçəkilən xətt üzrə sərnişindaşınmalarını bu ilin iyuin ayından etibarən həyata keçirir.

----------

09:54

Bu gündən sərnişinlər şəhərin mərkəzindən aeroporta neoplanlarla gedib-gələcəklər.

Milli.Az xəbər verir ki, bu gündən etibarən metronun "28 may" stansiyasının önündən, "BakuBus" avtobus xətlərinin dayanacağından Heydər Əliyev adına Beynəlxalq Hava Limanı - "28 may" m/st-sı xətti üzrə yeni avtobus sərnişinlərin ixtiyarına veriləcək.

"BakuBus" MMC-dən Milli.Az-a bildiriblər ki, bununla əlaqədar jurnalistlərin iştirakı ilə açılış mərasimi təşkil ediləcək və avtobusun ilk sərnişini jurnalistlər olacaq.


Xəbəri paylaş

1 5718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___