Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanın 10 ildir axtardığı şəxs Rusiyada tutuldu
Tarix: 28-11-2015 | Saat: 19:49
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Azərbaycanın 10 ildir axtardığı şəxs Rusiyada tutuldu
Saxlanılan şəxs artıq polis şöbəsinə gətirilib.

Azərbaycanın 10 ildir ki, beynəlxalq axtarışa verdiyi vətəndaşı Rusiyada tutulub.

Xəbəraz.az -ın ANS-ə istinadən xəbər verir ki, 44 yaşlı azərbaycanlı Rusiya Federasiyasının Baş Polis İdarəsinin Peterburq polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə dünən axşam saatlarında Sankt-Peterburqun Xasan küçəsi, korpus 2, ev 18-də qeydə alınıb.

Hüquq mühafizə orqanları əməkdaşlarının məlumatına görə, təqsirləndirilən şəxs 2005-ci il dekabrın 17-də Azərbaycanda Cinayət Məcəlləsinin üç maddəsi - 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 218.2. (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və sair nümayəndələrinin birliyində iştirak etmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə ittiham edilərək beynəlxalq axtarışa verilib.

Saxlanılan şəxs artıq polis şöbəsinə gətirilib və tutulması barədə Azərbaycan hüquq-mühafizə orqanlarına məlumat verilib.


Xəbəri paylaş

5248 dəfə oxunub.

Digər xəbərlər
22-07-2017, 10:38 ”Facebook” pullu olacaq

bütün xəbərlər
____ Instagram ___