Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əmisi oğlunun evini yaran şəxs: O adamı qaçırtmaq istəyirdik - VİDEO
Tarix: 27-11-2015 | Saat: 21:22
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Əmisi oğlunun evini yaran şəxs: O adamı qaçırtmaq istəyirdik - VİDEO

“Mən də kömək elədim”.

Masazır qəsəbə sakini Bağır İbrahimov polis idarəsinə ərizə ilə müraciət edərək ona məxsus mənzilin həyətyanı sahəsindən içi qızıl-zinət əşyaları ilə dolu seyf oğurlandığını bildirib.

Xəbəraz.az Region TV-yə istinadən xəbər verir ki, Abşeron rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində zərərçəkənin əmisi oğlu Elşən İbrahimov və onun tanışı Həsənalı Əliyev saxlanılıb.

İlkin dindirilmə zamanı hər iki şəxs törətdikləri əməli etiraf ediblər. Naxçıvan Muxtar Respublikasının Culfa rayonundan olan Elşən İbrahimov Bakıya işləməyə gəlib və bu müddət ərzində o, əmisi oğlugildə yaşayıb.

Belə olduğu təqdirdə isə onun mənzildə seyfin varlığından xəbəri olub.

Söhbət zamanı Həsənalı bütün planın Elşənə məxsus olduğunu deyir. Tanışlar seyfi oğurlayaraq taksi ilə Xırdalan şəhərində yerləşən, Elşənin işlədiyi kafelərdən birinə aparıblar. Daha sonra isə seyfi yararaq qızılları əldə ediblər.

Həsənalı Əliyev - saxlanılan şəxs:

"İşdən tanıyırdım onu. Deyirdi ki, əmimoğlugildə seyf var, içində də pul, qızıl. Əlcək geyinib, hasarı aşdı, bütün qapıları açdı, mən də kömək elədim".

Aparılan əməliyyat tədbirləri zamanı məlum olub ki, tanışlar bundan başqa daha bir cinayət törətməyə çalışıblar.

Elşən İbrahimov - saxlanılan şəxs:

"Mənə deyirdi ki, bir makler var, imkanlıdır, yaxşı pulu var, 50 min rahat ala bilərik ondan. O adamı qaçırtmaq istəyirdik".

Artıq hər iki şəxsin törətdiyi dırnaqarası qəhrəmanlığa rayon polis idarəsində hüquqi qiymət verilib.

Qeyd edək ki, məlum oğurluq zamanı saxlanılan şəxslər qızılların bir qismini sata bilsələr də, qalan hissəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.


Xəbəri paylaş

6678 dəfə oxunub.

Digər xəbərlər
18-02-2018, 12:53 Merve də sevgili tapdı

bütün xəbərlər
____ Instagram ___