Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Coca-Cola" dünya üzrə istifadə etdiyi suyun 100%-ni təbiətə qaytaracaq
Tarix: 22-11-2015 | Saat: 20:51
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

"Coca-Cola" dünya üzrə istifadə etdiyi suyun 100%-ni təbiətə qaytaracaq
Məhsullarının tərkibinin 90%-i sudan ibarət olan “Coca-Cola” şirkəti istifadə etdiyi suyun 100% həcminin yenidən təbiətə qaytarılması məqsədinə doğru irəliləyir. Dünyanın ən iri spirtsiz içki istehsalçısı olan “Coca-Cola” şirkəti öz tərəfdaşları ilə birgə 2014-cü ildə istifadə etdiyi suyun təqribən 94%-i təbiətə qaytararaq bərpasına nail olub. Şirkətin 2020-ci il üçün hədəfi istifadə etdiyi suyu tam miqdarda təbiətə geri qaytaran dünyada ilk qida və içki məhsulları istehsalçısı olmaqdır.
“The Coca-Cola Company” və şirkətin istehsal üzrə qlobal tərəfdaşları (“Coca-Cola” sistemi) istifadə olunan suyun tam bərpası məqsədinə 2015-ci ilin sonunda nail olmağa doğru irəliləyirlər. Hazırda suyun təbiətə geri qaytarılması üzrə həyata keçirilən qlobal layihələr vasitəsilə “Coca-Cola” sistemi 2014-cü ildə satdiğı içkilər üçün istifadə etdiyi suyun təxminən 94%-ni bərpa edir. 2004-cü ildən etibarən “Coca-Cola” şirkəti ümumilikdə 61 ölkə üzrə 209 icmada həyata keçirilən layihələr çərçivəsində 153,6 mlrd. litrə yaxın suyu əhaliyə və təbiətə yenidən geri qaytarıb. Ötən il “Coca-Cola” sistemi istehsal prosesində istifadə olunan təxminən 126,7 mlrd. litr həcmində suyu çirkab suların təmizlənməsi vasitəsilə əhaliyə və təbiətə geri qaytarıb. Bu sahədə görülən işlər “Coca-Cola”ya qida və içki məhsullarının qlobal istehsalçıları arasında su ehtiyatlarının bərpası, insanlara və təbiətə geri qaytarılması üzrə birincilik qazandırıb. “İnsan həyatı, qlobal ekosistem və iqtisadiyyatın sağlam fəaliyyəti üçün sudan önəmli sərvət yoxdur. Suyun istehlakçısı olaraq “Coca-Cola” sistemi hamı tərəfindən istifadə edilən bu ortaq resursun mühafizəsi üzrə xüsusi məsuliyyət daşıyır. Məhz buna görə biz 2020-ci ilədək istifadə etdiyimiz suyun 100%-i həcmində təbiətə yenidən qaytarılmasını hədəf olaraq seçmişik. Bu vəzifənin yerinə yetirilməsində artıq əhəmiyyətli irəliləyişə nail olmağımıza baxmayaraq, biz istifadə olunmuş suyun tam həcmdə təbiətə və əhaliyə geri qaytarılması istiqamətində fəaliyyətimizi davam etdirmək niyyətindəyik. Sözügedən fəaliyyətimizi hədəfə 100% nail olduqdan sonra da davam etdirəcəyik”, - deyə “Coca-Cola” şirkətinin Direktorlar Şurasının sədri və baş icraçı direktoru Muxtar Kent bildirib.
Təhlükəsiz və keyfiyyətli məhsul istehsalının təmin edilməsi “Coca-Cola” şirkətinin bütün dünyada, o cümlədən Azərbaycanda hər zaman başlıca prioriteti olub. “Azerbaijan Coca-Cola Bottlers” (ACCB) keyfiyyət, dayanıqlı inkişaf və sosial məsuliyyət sahələrində nailiyyətlərinə görə “Coca-Cola” sistemində aparıcı yerlərdən birini tutur. ACCB ardıcıl olaraq iki il “The Coca-Cola Company Eurasia & Africa” qrupu Prezidentinin “dayanıqlı inkişaf” üzrə “Ən yaxşı zavod” mükafatına təqdim edilib. ACCB beynəlxalq münsiflər tərəfindən istehsal proseslərinin keyfiyyəti və ətraf mühitə təsiri, o cümlədən yerli cəmiyyətlərin inkişafına töhfə baxımından 92 ölkədə fəaliyyət göstərən 250 zavod arasından seçilmiş 10 ən yaxşı milli istehsalçı siyahısına daxil edilib. ACCB “Məktəb və ev təsərrüfatlarında içməli suyun qorunması”, ekoloji könüllülük və “Coca-Cola” əməkdaşlarının iştirakı ilə “Sahilyanı təmizlik günü” kimi mühüm ekoloji layihələri təşkil etməklə əhalinin diqqətini ətraf mühitin qorunmasına yönəldir. Su ehtiyatlarının bərpası ilə bağlı keçirilən layihələr hökumət, vətəndaş cəmiyyətləri və özəl sektorun nümayəndələri ilə birgə əməkdaşlığın nəticəsidir. Bununla yanaşı, “Coca-Cola” şirkəti 2013-cü ildən etibarən Azərbaycanda “Ağac əkək, təbiətə töhfə verək” adlı uzunmüddətli layihəyə start verib. Layihə çərçivəsində ölkə ərazisində 100 min ağacın əkilməsi nəzərdə tutulub ki, təkcə bu ilin sonunadək 20 000 ağac əkiləcəkdir. Bu ekoloji proqramın bir maraqlı özəlliyi isə ağacların damcı suvarma sistemi ilə sulanmasıdır ki, bu da, öz növbəsində, su ehtiyatlarından qənaətcil istifadəni nəzərdə tutur. Bu ekoloji proqram vasitəsilə Abşeronda meşə zolağının artması su ehtiyatlarının bərpasına müsbət təsir göstərəcək və ərazilərin eroziyaya məruz qalmasının qarşısını alacaq. Qeyd etmək lazımdır ki, Qafqaz və Mərkəzi Asiya regionunda “Coca-Cola” təbii su mənbələrinin bərpası, həmçinin təhlükəsiz su ilə təminat vasitəsilə, suyun təmizlənməsi tədbirlərini həyata keçirməklə istehsal prosesində istifadə edilmiş su resurslarının 200%-dən çoxunun təbiətə qaytarılmasına nail olub.
“Coca-Cola” xüsusi layihələrin həyata keçirilməsi, sistemin zavodlarında sudan istifadənin effektivliyinin artırılması, həmçinin çirkab suların təmizlənməsi ilə şəhərlərə və suayırıcılara qaytarılması yolu ilə istehsal prosesində, o cümlədən şirkətin hazır məhsullarında istifadə edilmiş həcmdə suyu yenidən təbiətə qaytara bilir. Hədəfə nail olmaq üçün vasitələrdən biri əhali tərəfindən suyun qənaətlə istifadəsinə dair müxtəlif lokal layihələrdə iştirakdır. Hər bir layihə təhlükəsiz su və sanitariya vasitələri ilə təchizatın yaxşılaşdırılması, su hovuzlarının mühafizəsi, insanların lokal su mənbələri problemləri haqda məlumatlandırılmasının artırılması kimi fərqli hədəflər qarşıya qoyur. “Zaman keçdikcə daha çox şirkətlər biznes qərarların qəbulunda ətraf mühit təbiət amillərini nəzərə alır. “Coca-Cola” şirkətinin su balansının qorunmasına göstərdiyi qayğı sübut edir ki, ətraf mühitə yatırılan investisiya həm biznes, həm də yerli əhali üçün müsbət nəticələr verə bilər. “Coca-Cola” ilə əməkdaşlığımızdan qürur duyuruq. Şirkəti və onun tərəfdaşlarını çox mühüm nailiyyətlər münasibətilə təbrik edirik”, - Ətraf Mühitin Mühafizəsi Cəmiyyətinin (TNC) prezidenti və baş direktoru Mark Tersek vurğulayıb. Məhsulların istehsal prosesində istifadə olunan suyun təbiətdə qaytarılması məqsədilə şirkətin səylərinin qiymətləndirilməsi metodologiyasının işlənib hazırlanmasında TNC “Coca-Cola”nın tərəfdaşı qismində çıxış edib. Layihələr hər il sözügedən metodika vasitəsilə nəzərdən keçirilir və qiymətləndirilir. Hər bir layihənin icmalı və onun su ehtiyatlarının bərpasına olan faydası “LimnoTech” şirkəti tərəfindən hazırlanan və “Deloitte” tərəfindən yoxlanılan 2015-ci ilə aid qlobal hesabatda öz əksini tapıb. Sərf edilmiş suyun yenidən təbiətə qaytarılması fəaliyyətində “Coca-Cola”nınbaşlıca tərəfdaşları qismində “BMT”nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Hər bir damlanın əhəmiyyəti var” Birliyi və “Coca-Cola” Afrika fondunun “Afrika su ehtiyatlarının bərpası təşəbbüsü” (“The Coca-Cola Africa Foundation’s Replenish Africa Initiative” – RAIN) çıxış edir. RAIN ilə əməkdaşlıq çərçivəsində “Coca-Cola” təqribi olaraq 6 mln afrikalının 2020-ci ilədək içməli su ilə təmin edilməsi üçün bir sıra təşkilatlar və dövlət qurumları ilə əməkdaşlıq edir. Bununla yanaşı, “Coca-Cola” və onun tərəfdaşları su hövzələrinin bərpası, dayanıqlı kənd təsərrüfatı, infrastrukturun yaxşılaşdırılması və düşünülmüş su siyasəti tədbirlərinin həyata keçirilməsinə yönəlmiş layihələr vasitəsilə Şərqi Avropa və Yaxın Şərqdə 1 mln. çox insanın təhlükəsiz su ilə təminatı istiqamətində çalışır.
“Coca Cola” şirkəti haqqında:
“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitaminwater”, “POWERADE”, “Minute Maid”, “Simply”, “Georgia”, “Dasani”, “FUZE TEA” və “Del Valle” kimi brendlər aiddir. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.


Xəbəri paylaş

6998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___