Müğənni Aytac Vidadiqızı yeni fotosessiya və yeni mahnısını təqdim edib
Tarix: 18-11-2015 | Saat: 19:02
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Xəbəraz.az xəbər verir ki, müğənni “Bu şəhərdən get” adlı lirik mahnı ifa edib. İfaçı mahnıda sevən xanımın tükürpədici hisslərini ifadə edir.
“Sözlər çox təsirlidir. Sevən xanım sevgilisini hər kəsə, hər şeyə qısqandığından ayrılıq zamanı onunla nəinki eyni şəhərdə, eyni dünyada belə yaşamaq istəmir. Həyatından çıxıb getmədiyi təqdirdə, onu ölümlə belə hədələyir. Bu sözlər, ideya məni özünə cəzb etdi. İnanıram ki, sevən hər kəs bu mahnıda özündən bir parça tapa biləcək”.
Aytac Vidadiqızı toy öncəsi lirik mahnı oxuduğuna görə onu qınayanların da olduğunu bildirib:
“Mənim heç bir mahnım həyatımı əks etdirmir. Mən həyatımda yaşanan hadisələrə mahnı həsr edən müğənnilərdən deyiləm. Mənim üçün əsas mahnının sözləri və musiqisi gözəl, düşündürücü və təsirli olsun. Həyatımda yaşananlara mahnı oxusam, gərək ayda bir albom buraxım”.
Yeni mahnısından təsirlənən Aytac Vidadiqızı mahnının abu-havasına uyğun tam fərqli obrazında yeni fotosessiya da etdirib.
“Fotolarda aktrisalıq qabiliyyətimi də qabartmaq istədim. Fotoqraf nə qədər peşəkar olsa da, əsas obrazı canlandıran şəxsdir. İstədim ki, bu fotosessiyada sevgidən iztirab çəkən xanımı canlandıra bilim. Bu işdə fotoqraf Niko Abbasova da təşəkkür edirəm”.
Qeyd edək ki, müğənninin ifa etdiyi “Bu şəhərdən get” adlı mahnının sözləri Aqil Əsədova, musiqisi isə Arif Səlimova, aranjemanı isə Rabil Səfərliyə məxsusdur.
Xəbəri paylaş
3 2568 dəfə oxunub.
Digər xəbərlər

30-01-2018, 17:03
Vasif Talıbovdan sərəncam verdi-Maaşlar artdı
4-05-2017, 12:46
Bakıda 25, rayonlarda 27 dərəcə isti olacaq
18-04-2021, 18:39
Lənkəranda qadın bacısını bıçaqladı
30-05-2018, 09:30
İsrail Qəzzanı yenidən bombalayır
18-04-2015, 21:19
Bakıda polisi yandıraraq basdırdılar
28-12-2015, 14:19
Xırdalanda məşhur şirkətin mağazasına basqın etdilər
12-02-2021, 17:02
Bakı bulvarında bir nəfər özünü dənizə atdı
8-08-2021, 17:59
Lənkərandakı “Carnaval-beach” çimərliyində ƏCAİB QAYDALAR... - Özbaşına qalanda BELƏ OLUR...
2-02-2016, 16:15
Aynurə evdən 50 min oğurladı