Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyalıları Donbasa müharibəyə belə yola salırlar –
Tarix: 12-03-2015 | Saat: 14:16
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiyalıları Donbasa müharibəyə belə yola salırlar –
“Uşaqların heç nəyə ehtiyacı olmayacaq”.

Yekaterinburqda “DXR” tərəfindən Donbasa vuruşmağa gedən 50 könüllünün təntənəli yola salınması mərasimi keçirilib,Xeberaz.az Rosbalt-a istinadən xəbər verir.

Portalın məlumatına əsasən bölüyü, xüsusi təyinatlıların veteranlar fondu adından Vladimir Yefremov yaradıb. Bölük komandir Aleksey Mozoqvoyun “Prizrak” briqadasının tağımlarından birinə qoşulmalıdır. Yekaterinburq könüllü bölüyünün tərkibinə əsasən hərbi xidmət keçənlər daxildir, onların çoxu döyüş təcrübəsinə malikdir.

“Bu, atəşkəs başlayan zamandan “Luqansk Xalq Respublikası”na göndərilən ən irimiqyaslı könüllülər dəstəsidir – 50 nəfər. Uşaqlar əsasən xüsusi təyinatlılar veteranlarıdır, yarısı artıq Ukraynada döyüşüb. Atəşkəsdə respublikanı bərpa etməyə yardım edəcəyik. Niyə maska geyiniblər? Utanırlar! Aleksey Mozoqvoyun yanında, “Prizrak” briqadasında xidmət edəcəklər”, - Yefremov deyib.

“Biz onları hər şeylə təchiz etmişik: geyim, medikamentlər, yol xərci. Uşaqların heç nəyə ehtiyacı olmayacaq”, - “Ural-Novorossiya” assosiasiyasının rəhbəri Bek Manasov bəyan edib.

Yığılanların bir çoxları üzlərini gizlədiblər, səfərlərinin səbəbini isə “qardaş xalq üçün döyüşməyə getmələri ilə” izah ediblər.

Ümumi toplantıdan sonra iki sırada düzülüblər. Dəvət edilən rahib dua oxuyub və yığılanları “Rusiyanın düşmənləri ilə mübarizə aparmağa” çağırıb.



Xəbəri paylaş

7068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___