Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hamilə arvadını öldürmək istəyən kişiyə ağır cəza verildi – FOTO
Tarix: 17-11-2015 | Saat: 00:06
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Hamilə arvadını öldürmək istəyən kişiyə ağır cəza verildi – FOTO


Ayşən Məhəmmədə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Yevlax rayon sakini Məhəmməd Əliyevin (1983-cü il təv.) CM-nin 29,120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını qəsdən öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Ötən il oktyabrın 15-də Məhəmməd Əliyev Ayşən Gülüşova (1992-ci il təv.) ilə ailə həyatı qurub, öz anası ilə birgə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, M.Əliyev küçəsi, 36, mənzil 21 ünvanında yaşayıblar. Həmin ilin dekabrında Türkiyəyə gediblər, təxminən 25 gün Türkiyədə qalıb qayıtdıqdan sonra Ayşən onunla yaşamaq istəmədiyini bildirərək, bacısıgilə köçüb.

Hamilə vəziyyətində olan Ayşən onunla ayrıldıqdan sonra, barışmaqla bağlı dəfələrlə etmiş olduğu təkliflərinə rədd cavabı aldığına görə qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib. 2015-ci il aprelin 16-da günorta saat 12 radələrində bıçaqla silahlanan Məhəmməd Ayşənin qaldığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsindəki 14 saylı binanın 5 nömrəli evinin qarşısına gəlib və sonuncunun mənzildən çölə çıxmasını gözləyib.

Gülüşovanın qonşuya keçmək üçün mənzilin qapısını açdığını gördükdə, dərhal yaxınlaşaraq onunla birlikdə mənzilə daxil olub. Ayşənin azyaşlı bacısı oğlu Əliağa İsmayılovun (2006-cı il təv.) gözləri qarşısında ona xüsusi əzab verdiyini dərk edərək, arvadının saçlarından tutub, üstündə gəzdirdiyi bıçaqla boyun və bazu nahiyələrindən 4 zərbə vurub. Ardınca sol çənə nahiyəsinin kəsilmiş yarası kimi kobud çapığın əmələ gəlməsinə və sifətin silinməz dərəcədə eybəcərləşməsində ifadə olunan sağlamlığa ağır xəsarətlər yetirib.

Qadın özünü ölülüyə vurduğuna görə Məhəmməd onun öldüyünü fikirləşərək buraxıb, orada olan uşağı evdən çıxarmaq üçün qapını açan zaman Ayşən ayağa qalxıb, qəflətən qapıya tərəf qaçıb və hadisə yerindən uzaqlaşıb. Gülüşovanın vaxtında 3 saylı şəhər klinik xəstəxanasına çatdırılaraq, göstərilən tibbi yardımlar nəticəsində sağ qalması səbəbindən Ayşən Gülüşovanı qəsdən öldürməyə yönəlmiş əməlini Məhəmməd Əliyev iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkən Ayşən Gülüşovanın üzərində 6 ədəd, təqsirləndirilən Məhəmməd Əliyevin bədən səthində isə 19 ədəd kəsilmiş yaralar aşkar edilib. İş üzrə istintaq Suraxanı rayon prokurorluğu tərəfindən aparılıb, istintaqın gedişatında Əliyev özünü təqsirli hesab etməyib.

Məhkəmə prosesində Məhəmməd Əliyev elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, qeyd edib ki, onun Ayşən Gülüşovanı öldürmək niyyəti olmayıb, o, sadəcə onu qorxutmaq və Ayşəni onunla barışmağa razı salmaq üçün hadisəni törədib.

Onun sözlərinə görə, Ayşənlə aralarında rəsmi nikah olmayıb, birlikdə cəmi 3 ay yaşayıblar. Ayşən evin dəhlizindən mətbəxə tərəf qaçmaq istəyərkən, gödəkçəsinin cibindən çıxardığı qatlanan cib bıçağı ilə onun sifət və boğaz nahiyəsindən bir neçə xəsarətlər yetirib. Ayşən koridorda yerə yıxılıb və hərəkətsiz qalıb.

Gülüşovanın bacısı oğlu Əliağa da orada olub, bundan sonra o hadisədən qorxduğu üçün ona köməklik göstərməyib və qapıdan çıxıb gedib.

Əliyev bildirib ki, neçə xəsarət yetirdiyini xatırlamır, çünki özündə olmayıb, ora araq içib gəldiyindən, sərxoş olub. Ayşəni vurandan sonra yaşamaq istəmədiyindən əlindəki bıçağı əvvəlcə evdə boğazına və sinəsinə batırıb, sonra da biləyini kəsə-kəsə Suraxanı RPİ-nə yollanıb. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib.

Zərərçəkən Ayşən Gülüşova bildirib ki, Məhəmmədin keçmiş arvadı ilə olan boşanma işi məhkəmədə olduğu üçün onunla rəsmi nikah bağlaya bilməyib. Onlar evləndikdən sonra Məhəmmədin anasının evində qalıblar, yaşadıqları evdə şərait olmayıb, belə ki, 12-13 nəfər eyni evdə ağır şəraitdə yaşayıb. Bundan başqa, ərinin pis xasiyyətlərini evləndikdən sonra görüb.

Gülüşovanın sözlərinə görə, Məhəmmədin onu öldürmək fikri olmayıb, boğazından qan gəldiyini görən yoldaşı qorxub, ordan uzaqlaşıb. Ayşən Məhəmmədə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirib.

Məhkəmə təqsirləndirilən şəxsin Ayşən Gülüşovanı öldürmək məqsədi ilə yox, qorxutmaq üçün ona xəsarətlər yetirmək istəməsi, həmin an özündə olmaması kimi ifadələrini inandırıcı hesab etməyib.

Məhkəmənin hökmü ilə Məhəmməd Əliyev 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hamilə arvadını öldürmək istəyən kişiyə ağır cəza verildi – FOTO
Hamilə arvadını öldürmək istəyən kişiyə ağır cəza verildi – FOTO
Hamilə arvadını öldürmək istəyən kişiyə ağır cəza verildi – FOTO


Xəbəri paylaş

6098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___