Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Məhkəmə 8 martda ərini öldürən qadına rəhm etdi - FOTO
Tarix: 16-11-2015 | Saat: 23:44
Bölmə:K, Hadisə, Fotogalereya | çapa göndər

Məhkəmə 8 martda ərini öldürən qadına rəhm etdi - FOTO
Sabir onu təhqir edib, döysə də, Yelena onun hərəkətləri barədə polisə şikayət etməyib.

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Yelena Maxrovanın (1974-cü il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, 2015-ci il martın 8-də, gecə saat 24 radələrində Sabunçu RPİ və prokurorluq əməkdaşları baxış zamanı evin mətbəxindəki qabyuyanın içində 1 ədəd bıçaq, qonaq otağında çörək və qida qalıqları olan masa, döşəmədə müxtəlif ölçülü qan ləkələri, həmin otaqdakı çarpayının üzərində isə kişi meyidini aşkar ediblər.

Cinayəti törətməkdə şübhəli bilinən Yelena Maxrova 13-cü polis bölməsinə aparılıb və dindirmə vaxtı yaxın münasibətdə olduğu Sabir Qurbanova bıçaqla xəsarət yetirdiyini etiraf edib.

Araşdırma zamanı Sabir Qurbanovun (1966-cı il təv.) tüfeyli həyat tərzi keçirməsi və əvvəllər məhkum olunması məlum olub.

Cinayət işi üzrə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Sabir Qurbanovun ölümünə qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə əlaqədar baş vermiş kəskin qanitirmə səbəb olub. Onun meyitindən götürülmüş qanda 2,9% qatılığında etil spirti aşkar edilib ki, bu miqdar canlı şəxslərdən ağır dərəcəli sərxoşluq kimi qiymətləndirilib.

İstintaqla müəyyən edilib ki, bu il martın 8-i axşam saat 23 radələrində Yelena Maxrova işdən Bakıxanov qəsəbəsində kirayə yaşadığı evə qayıdıb. Onunla iki ilə yaxın qeyri-rəsmi arvad münasibətlərində olduğu Sabir Qurbanov evə gec gəlməsinə görə ona iradını bildirib, ünvanına söyüşlər söyüb və mübahisə etməyə başlayıb.

Sonra sərxoş vəziyyətdə olan şəxs fiziki təzyiq göstərməyə başlayaraq, qadına təpiklə zərbələr vurub. Həmin anda sərbəst qalmış Yelena Maxrova masanın üzərində olan mətbəx bıçağını götürüb, qəsdən Sabir Qurbanovun qarın nahiyəsinə bir zərbə vurub. Nəticədə bu, həmin şəxsin ölümünə səbəb olub.

Hadisə ilə bağlı dindirilən Yelena Maxrova bildirib ki, rəsmi qaydada ailə qurub evləndiyi həyat yoldaşı Eldəniz törətdiyi quldurluq cinayətinə görə məhkum olunduqdan sonra onunla boşanıb.

Özü müxtəlif yerlərdə qulluqçu, əsasən qabyuyan kimi işləyib, ayrı-ayrı şəxslərin evlərində təmizlik işləri aparıb. Təxminən iki il əvvəl Sabir Qurbanovla tanış olub. Arvadı ilə uzun illər əvvəl boşandığını bildirən Sabir onunla birlikdə ər-arvad kimi yaşamasını təklif edib, o da özü tənha olduğundan razılıq verib.

Qurbanov əvvəllər bir neçə dəfə məhkum olunub, Sabirin keçmiş həyat yoldaşı və övladları da onların münasibətlərini biliblər. Onun daimi iş yeri olmayıb, ilk vaxtlar münasibətləri çox yaxşı olsa da, Qurbanovun spirtli içkiyə aludə olması səbəbindən dəfələrlə aralarında mübahisələr baş verib.

Sabir onu təhqir edib, döysə də, Yelena onun hərəkətləri barədə polisə şikayət etməyib. Spirtli içkini atmayan Qurbanov öz tanışlarını, o cümlədən evin sahibi Xanı da tez-tez evə dəvət edərək, içki məclisi qurub.

Martın 8-də işdən evə gələndə Xan İbadovun otaqdakı divanda, Sabirin isə dostu Akiflə birlikdə çarpayıda uzanıb yatdıqlarını, səliqəsiz vəziyyətdə salınmış otaqdakı masanın altında 3 şüşə araq şüşəsi görüb.

Mənzili səliqəyə salmağa hazırlaşarkən Sabir yuxudan oyanıb və acıqlı bir şəkildə onu ağır söyüşlərlə təhqir edib, axşam vaxtı yəqin ki, gəzib əylənməyə getdiyini deyib və evə niyə gec gəldiyini soruşub. Qurbanova cavab qaytardıqda, o daha da aqressivləşib və qadının əynindəki sviterin boyunundan tutaraq, onu kəskin hərəkətlərlə bir neçə dəfə sağa-sola silkələyib, onu öldürməklə hədələməklə bərabər təpik və yumruqla zərbələr vurub, sonra isə kreslonun tininə çırpıb.

Bu vaxt o masanın üstündə mətbəx bıçağı görüb və sərbəst olan sağ əli ilə onu götürüb, Sabirin qarın nahiyəsinin aşağı hissəsindən 1 zərbə endirib və aləti kənara tullayıb. Dərhal Qurbanovun qarnından qan gəlməyə başlayıb və o, yaralandığını başa düşüb Yelenanı buraxaraq, çarpayıda oturub.

Qanı görən kimi Maxrova qorxuya düşüb və Sabiri qucaqlayıb, yardım eləməyə çalışıb, onu çarpayıya uzadıb. O, divanda yatan Xanı oyadaraq Qurbanovu bıçaqla vurduğunu və təcili yardıma zəng etmək lazım olduğunu bildirib.

Sonuncunun mobil telefonu olmadığı üçün Akifin telefonundan təcili yardım stansiyasına çağırış edib. 10-15 dəqiqədən sonra gələn həkimlər Sabiri müayinə edərək, onun qanaxmadan öldüyünü deyiblər, onların ardınca gələn polis əməkdaşları isə onu bölməyə aparıblar.

Мəhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Yelena Maxrova ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyib. O, törətdiyi əməldən səmimi peşman olmasının, Sabir Qurbanovu ehtiyatsızlıqdan öldürməsinin, zərərçəkmiş şəxs tərəfindən ona qarşı şikayət olmamasının nəzərə alınmasını xahiş edib.

Məhkəmə hesab edib ki, Yelena Maxrovanın Sabir Qurbanovu qəsdən öldürməsi barədə istintaq orqanının gəldiyi nəticə iş üzrə toplanmış sübutlarla təsdiq olunmayıb.

Belə ki, işin hallarından birmənalı görünüb ki, təqsirləndirilən şəxs cinayəti aralarında yaranmış narazılıqla əlaqədar Sabir Qurbanovun təşəbbüsü ilə başlanılmış mübahisə zəminində törədib.

Maxrovanın niyyəti zərərçəkmiş şəxsdən qisas alaraq, onu qəsdən həyatdan məhrum etməyə yönəlməyib, o, həmin xəsarəti dayandığı vəziyyətdə Qurbanovu sakitləşdirmək və onun əlindən qurtulmaq məqsədi ilə yetirib.

Məhkəmə cinayət təqibi ilə bağlı olan halları araşdırıb, nəticəyə gəlib ki, Yelena Maxrovanın törətdiyi əməl CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yox, 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif və ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yelena Maxrova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən dövlət ittihamçısı protest verərək, CM-nin 126.3-cü maddəsinin 120.1-ci maddəsinə tövsif olunmasını və ona sərt cəza verilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq, prokurorun protestini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Məhkəmə 8 martda ərini öldürən qadına rəhm etdi - FOTO
Məhkəmə 8 martda ərini öldürən qadına rəhm etdi - FOTO
Məhkəmə 8 martda ərini öldürən qadına rəhm etdi - FOTO
Məhkəmə 8 martda ərini öldürən qadına rəhm etdi - FOTO
Məhkəmə 8 martda ərini öldürən qadına rəhm etdi - FOTO
Məhkəmə 8 martda ərini öldürən qadına rəhm etdi - FOTO



2478 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
23-01-2017
bütün xəbərlər
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___