Bakıda sakinlərdən gizlədilən işıq sayğacları - Video
Tarix: 13-11-2015 | Saat: 00:10
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
İstismara qəbul edilməmiş çoxmərtəbəli binalarla bağlı daha bir müəmmalı məqam yaranıb.
Söhbət işıq sayğaclarından gedir. Belə ki, bir sıra binalarda işıq sayğacları xüsusi dəmir qutulara yığılaraq zirzəmidə saxlanılır.
Zirzəmilərin də qapısı bağlı olur. Bu isə sakinlərə sayğacların işinə nəzarət etmək üçün müəyyən çətinlik yaradır.
Paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov 22a ünvanında yerləşən bu binanın sakinləri sayğaclarına nəzarət edə bilmirlər.
Binanın bütün problemlərinin həllinə cavabdeh olan MTK təsərrüfatının əməkdaşı vəziyyətə bəraət qazandırır.
Ancaq dövlətin qoyduğu qayda belə deyil. Elektrik enerjisindən istifadə qaydaları və daxili təlimatlarda bu məsələyə birmənalı şərh verilir.
Çəkiliş zamanı "Azərişıq" əməkdaşının da bu qaydalardan xəbərsiz olduğu üzə çıxıb.
Belədə sözügedən məsələyə kimin nəzarət edəcəyi aktuallaşır.
"Azərişıq" ASC-nın sözçüsü deyir ki, bina dövlət qeydiyyatına alınmadığından fərdi şəxslərlə müqavilə bağlanılmır. Belə olanda qurumun abonenti sakinlər yox, binanın aid olduğı MTK hesab edilir. Ona görə də "Azərişıq"ın belə problemlərə geniş müdaxilə imkanları yoxdur. Problemin həlli üçün vətəndaşlar quruma müraciət etməlidirlər.
Nəzarət məsələnin açıq qalması elektrik borcunun nə dərəcədə doğru hesablanmasını gündəmə gətirir. Əgər sakinlər sayğaclarını görə bilmirlərsə, hesablamanın doğru aparılacağına kim zəmanət verə bilər? (Xezerxeber.com)
Xəbəri paylaş
6408 dəfə oxunub.
Digər xəbərlər

30-06-2016, 00:14
Ərdoğandan sərt çıxış: "İtkilər olacaq"
26-09-2016, 09:59
Pitonla selfi çəkməyin nəticəsi - ŞOK VİDEO
26-03-2017, 19:16
Lənkəranda evə basqın - Yaralanan həkim öldü
6-05-2017, 11:51
Azərbaycanlıların eynək zövqü: İnsanları korluğa aparan amillər - Ekspertlərin həyəcan təbili...
6-11-2016, 13:17
"Dağlıq Qarabağın adı dəyişdirilir"
2-11-2017, 11:06
Ermənistan atəşkəsi pozdu
24-11-2016, 11:16
“Selfie” zamanı ölüm hallarının qarşısını alacaq proqram
28-10-2022, 00:51
Bərdə şəhər şəhid Alı adına 5 nömrəli tam orta məktəbdə keçirilmişdir
28-12-2015, 20:34
Dolların azərbaycanlılara yeni problemi