Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məşhur gitara 2,4 milyona satıldı
Tarix: 08-11-2015 | Saat: 14:15
Bölmə:Karusel / Maraqlı / Fotogalereya | çapa göndər

Məşhur gitara 2,4 milyona satıldı
Əfsanəvi Con Lennonun gitarası Beverli Hillsdə 2,4 milyon dollara satılıb.

Xəbəraz.az -ın anspress-ə istinadən məlumatına görə 1960-cı illərdə oğurlanan gitaranı hərracdan əldə edən şəxs adının açıqlanmasını istəməyib.

Gibson gitarasını 1962-ci ildə Liverpulda alan Lennon ondan "Love Me Do", "Please Please Me", "I Want to Hold Your Hand" və "From Me to You" mahnıları üzərində işləyərkən istifadə edib.

Gitara 1964-cü il ərəfəsində “The Beatles” qrupunun Londonda Milad bayramına həsr olunmuş konsertindən sonra itib. Bir neçə ildən sonra musiqi instrumenti ABŞ-ın komission mağazalarının birində aşkar olunub. Mağaza sahibi gitaranı bir neçə yüz dollara əldə edib və sonradan şəkillərdən onun “Beatles” qrupuna məxsus olduğunu aşkar edib.

Daha sonra ekspertlər gitaranın orijallığını təsdiqləyiblər.


Beatles qrupu Liverpul şəhərindən olan əfsanəvi dördlük Con Lennon, Pol Makkartni , Corc Harrison , Rinqo Stardan ibarət olub. XX əsrin 60-cı illərinin məşhur ingilis rok qrupu Beatles rok-pop musiqisinə misilsiz töhfələr verməklə onu köklü surətdə dəyişib. Ötən əsrin 60-cı illərində görünməmiş populyarlıq qazanan qrup XX əsrin musiqi mədəniyyətində ən parlaq fenomenlərdən biri hesab edilir.


The Beatles qrupunun yaradıcısı və ifaçısı Con Lennon isə Böyük Britaniyanın cəngavər titulunun sahibi, Akademiya və Qremmi mükafatı laureatı, britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, qrafika rəssamı və yazıçı olub. Lennon XX əsrin ən məşhur musiqiçilərindən biri hesab edilir.


Xəbəri paylaş

5978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___