Azərbaycan iqtisadiyyatı bu il 4 faizə qədər artıb
Tarix: 05-11-2015 | Saat: 20:59
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Qafqazda yerləşən ölkələr (Ermənistan, Azərbaycan, Gürcüstan) regional iqtisadiyyat və təhlükəsizlik problemlərinin təsirinə məruz qalmaqda davam edir.
Lakin Avropa Yenidənqurma və İnkişaf Bankının ən son iqtisadi proqnozuna uyğun olaraq onların 2015-16-cı illərdə artımı qoruyub saxlayacağı gözlənilir.
“APA-Economics” xəbər verir ki, AYİB-in proqnozuna görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7%, qeyri-neft sektorunda ÜDM isə 6,4% artıb.
Azərbaycanın xarici valyuta ehtiyatları (konversiya olunan valyutalarda) 2014-cü ilin noyabrında 13,2 mlrd. dollar olduğu halda, neft qiymətlərinin enməsi səbəbindən azalaraq cari ilin avqustunda təxminən 5,3 mlrd. dollara bərabər olub. Azərbaycanın ümumi likvidlik mövqeyi möhkəm olaraq qalıb və Dövlət Neft Fondunun əhəmiyyətli aktivləri hesabına dəstəklənib.
Cari ilin fevralında - demək olar ki, iki onillik ərzində davam edən sabit mübadilə məzənnəsi dövründən sonra Azərbaycan Mərkəzi Bankı ABŞ dollarına nisbətdə manatın dəyərini 25% azaldıb. Bunun sayəsində maliyyə balansında və xarici balansda gərginlik azaldılıb, lakin bank sektorunda balans cədvəli problemləri yaranıb.
AYİB cari ildə Azərbaycan ÜDM proqnozunu 3%-ə qədər, 2016-cı ildə isə 2,5%-ə qədər yüksəldib.
Xəbəri paylaş
7468 dəfə oxunub.
Digər xəbərlər

7-04-2022, 14:56
Azərbaycanda 66 yaşlı kişinin "Viagra" FACİƏSİ: qadınla...
14-03-2015, 12:21
İlham Əliyev 10 milyon manat pul ayırdı
25-04-2017, 20:44
“Qanun Prezident Administrasiyasını ləğv edə bilməz” - Şahin Əliyev
29-08-2018, 13:21
DTX: Xaçmazda radikal dini ekstremist qrupun üzvü məhv edildi
17-02-2017, 23:29
Boyundakı öpüş izindən qurtulmağın SADƏ YOLLARI
28-08-2015, 14:13
Ebru Gündeş qızı ilə tətildə – FOTO
23-11-2017, 15:31
Tovuzda intihara cəhd-Bit dərmanı içdi
16-12-2015, 21:40
Bakıdakı restoranlarda müdhiş Yeni il gecəsiqiymətləri
26-09-2017, 11:49
Bütün proqnozları gerçək olan YAPONLARDAN SENSASİYALI 2018 XƏBƏRDARLIĞI: ABŞ yox olur və...