Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xərçəngdən qorunmaq üçün 10 TÖVSİYƏ
Tarix: 05-11-2015 | Saat: 17:02
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Xərçəngdən qorunmaq üçün 10 TÖVSİYƏ

Dünya Xərçəng Araşdırmaları Fondunun alimləri xərçəng xəstəliklərinin riskini azaltmaq üçün tövsiyələr veriblər. Xəbəraz.az saglamolun.az-a istinadən həmin tövsiyələri təqdim edir:

1. Artıq çəki yığmayın. Artıq çəki 10 xərçəng növünün risk faktoru sayılır, xüsusilə bu, qaraciyər, prostat vəzi, bağırsaqlar, qadınlarda süd vəziləri xərçənginə aiddir.

2. Hərəkət edin. Fiziki aktivlik qan dövranı, həzm prosesləri, immuniteti yaxşılaşdırır ki, bu da bir çox xərçəng xəstəliklərinin qarşısının alınmasına kömək edir.

3. Tez-tez meyvə-tərəvəz, göyərti yeyin. Bu məhsullar antioksidant maddələrlə zəngindir. Antioksidantlar orqanizmi hüceyrə səviyyəsində qoruyur. Qidalı liflərlə zəngin olan meyvə-tərəvəzlər qəbizliklərin qarşısını alır. Xroniki qəbizlik isə bağırsaq xərçənginin əsas risk faktorlarından biri sayılır.

4. Spirtli içkilərin qəbulunu azaldın. Ekspertlərin fikrinə görə, spirtli içkilərin çoxlu miqdarda qəbulu qida borusu, qaraciyər, bağırsaqlar, qadınlarda süd vəziləri xərçənginin əsas risk faktorlarından biri sayılır.

5. Şirin qazlı içkiləri və fast-food qidaları qəbul etməyin. Bu qidalar piylənməyə səbəb olur. Piylənmə isə xərçəng xəstəliklərinin əsas səbəblərindən biridir.

6. Duz qəbulunu məhdudlaşdırın. Duzun həddən artıq miqdarda qəbulu mədə xərçəngi riskini artırır.

7. Kolbasa, sosis kimi məhsulları qidalanmadan çıxardın. Alimlərin fikrinə görə, bu məhsulların daim qəbulu mədə-bağırsaq sistemi xərçənginin inkişafına təkan verə bilər.
Qırmızı ətin (mal, qoyun əti) qəbulunu isə 1 həftə ərzində 500 qr kimi azaltmaq tövsiyə edilir.

8. Vitaminlərin qəbulunu azaldın. Bəzi vitaminlərin (həb şəklində) həddən artıq miqdarda qəbulu xərçəng xəstəliklərinin inkişafına təkan verə bilər. Bu səbəbdən həkimlər vitaminləri həblərdən deyil, təbii məhsullardan almağı tövsiyə edirlər.

9. Qadınlara məsləhət - əmizdirin. Alimlərin fikrinə görə, 6 ay və bundan artıq müddət ərzində əmizdirmə qadınlarda süd vəzi xərçənginin riskini azaldır.

10. Siqaret çəkməkdən imtina edin. Ağciyər xərçənginin səbəbi 90% hallarda siqaret çəkmək olur. Bundan əlavə bu pis vərdiş boğaz, qırtlaq, qida borusu xərçənginin inkişafına təkan verə bilər.


Xəbəri paylaş

7298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___